Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Zəhərli uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı - DİQQƏT

Tarix: 01-08-2018 09:25     Baxış: 3317 A- / A+
Zəhərli uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı - DİQQƏT


Zəhərli tullantıların təkrar istehsala qaytarılaraq bazarlara çıxarılması geniş rezonans doğurub. Xüsusilə də əldə edilən xammaldan uşaq ayaqqabılarının istehsalında istifadə edilməsi dünya mediasının gündəmini zəbt edib.

Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə azyaşlılar üçün istehsal edilən ayaqqabıların sağlamlığa zərərli olduğu təsbit edilib. İtaliyanın Milan şəhəri və ətraf rayonlarında aparılan araşdırmalar zamanı məlum olub ki, zərərli tullantılar qeyri-qanuni şəkildə yenidən istehsala qaytarılaraq xüsusi anbarlarda çalışan şəxslərə satılır. Həmin işlərdə şübhəli bilinən 9 nəfər saxlanılıb.

Məlumatda qeyd olunub ki, zərərli tullantılardan əldə edilən xammaldan uşaq ayaqqabılarının və bir sıra üst geyimlərinin istehsalında istifadə edilir. Bu səbəbdən ölkədə tullantı toplanılması ilə məşğul olan şirkətlərdə monitorinqlər aparılıb, onların bu tullantıları qanuni yollara toplayıb məhv etdikləri, yoxsa qeyri-qanuni şəkildə bəzi şirkətlərə satdıqaları araşdırılıb.

Eyni zamanda o da qeyd edilib ki, bu tullantılardan əldə edilən saxta "PVC" xammallar normal bazar qiymətindən 3 dəfə ucuz satıldığı üçün Türkiyə, Meksika, Kanada, Mərakeş və bir çox başqa ölkələrdə fəaliyyət göstərən şirkətlərin marağını cəlb edir. Şirkətlər bu xammallardan plastik sənayedə, uşaq ayaqqabısı və rezin çəkmə kimi çox sayda məhsulların istehsalında istifadə olunur.

Faktla bağlı cinayət işı açılıb, qeyri-qanuni tullantı ticarəti ilə məşğul olan 12 nəfər haqqında araşdırma başladılıb. 9 nəfər tutulub. Bu günə qədər bu yolla 2 milyon avroya yaxın gəlir əldə olunub. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar