Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Jurnalist Aqil Ələsgərin harada saxlanıldığı məlum oldu

Tarix: 01-08-2018 09:22     Baxış: 4466 A- / A+
Jurnalist Aqil Ələsgərin harada saxlanıldığı məlum oldu

“Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Manevr.az-ın məlumatına görə, bunu “facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb.

Sədr bildirib ki, iş gününün sonuna yaxın baş redaktorun yaxınları ondan xəbər ala bilməmələri ilə bağlı Mətbuat Şurasına müraciət ediblər. Müraciət araşdırılıb və Aqil Ələsgərin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldığı məlum olub.

Ə. Amaşov qeyd edib ki, iş günü başa çatdığından məsul şəxslərlə əlaqə yarada bilməyib. O, bu gün Mətbuat Şurası adından DİN-ə müraciət edilərək, jurnalistin saxlanma səbəbinin aydınlaşdırılacağını qeyd edib.

“Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq” deyə, Ə.Amaşov yazıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar