Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Nazir şəkərli diabet xəstələrinə dair sərəncam imzaladı

Tarix: 31-07-2018 17:11     Baxış: 3472 A- / A+
Nazir şəkərli diabet xəstələrinə dair sərəncam imzaladı

Səhiyyə naziri Oqtay Şirəliyev "Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında" sərəncam imzalayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, sərəncamda "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı"nın icrası üzrə Nazirliyin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

Sənəddə işçi qrupuna şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səmərəsinin artırılması üzrə tədbirlər planı təsdiq edib. Planın icrası barədə mütəmadi olaraq Səhiyyə Nazirliyinə hesabatın təqdim edilməsi tapşırılır.

Tədbirlər planına diabet əleyhinə dərman vasitələrindən istifadə edən xəstələrin qeydiyyat sisteminin təkmilləşdirilməsi, dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılması, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, şəkərli diabetin profilaktikası və müalicə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi daxildir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar