Xəbər lenti
1939-cu ildən açılmayan mənzili açdılar – VALEHEDİCİ TƏFƏRRÜAT
Uzaq 1939-cu ildə, almanların Parisi tutacaqları qorxusundan 23 yaşlı gənc qadın tələsik öz mənzilini tərk edib. O, daha təhlükəsiz yerə - cənub istiqamətində yola düşüb.
Bütün bu illər ərzində qadın kommunal ödənişləri ödəyirdi, amma geri mənzilinə qayıtmırdı. Yalnız 2010-cu ildə, onun ölümündən sonra varislər mənzil haqqında xəbər tutdular. Parisdə mənzili açan qohumları onun kandarındaca donub qaldılar – 1900-cü ilə məxsus mebel və digər XX əsrin əvvələrinə aid aksessuarlar heyrətləndirməyə bilməzdi.
Bəs 70 il insan ayağı dəyməyərək qapalı qalan, yalnız 2010-cu ildə aşkarlanan mənzilin yenidən gündəmə gəlməsinin səbəbi nədir? Məsələ burasındadır ki, oradan tapılan italyan rəssamı Covanni Boldiniyə məxsus “Marta de Florian” adlı rəsm hərracda 3.4 milyon dollara satıldı.
1939-cu ildə mənzilin sahibəsi 23 yaşlı madam de Florian öz həyatını təhlükəsiz bir yerə daşımağa qərar verir. Çünki alman qoşunları artıq Parisin “bir addımlığında” idilər. O, özü ilə yalnız ən lazımlı əşyaları götürür və mənzili bağlayaraq şəhəri tərk edir.
İkinci Dünya Müharibəsi bitdikdən sonra qadının mənzilə qayıtmaq imkanı var idi, amma məlum olmayan səbəblərdən bunu etməyib. Madam de Florian 70 il mənzilin icarə haqqını ödəyir, lakin qohumlarından heç kəs mənzil haqda bilmirdi. Qadın 91 yaşında öləndən sonra onun əzizləri miras haqqında xəbər tutdular.
Mənzilin içərisindəki əşyaların qiymətləndirilməsi üçün Olivye Şopin-Janvri adlı hərracçı dəvət edilmişdi. Mütəxəssis və onun komandası inanılmaz həyəcanlanmışdılar, çünki anlayırdılar ki, 1939-cu ildən indiyədək bu mənzilə insan ayağı dəyməyib.
“Sanki zaman maşını ilə səyahət etmişdim, hər şey möhtəşm idi. Burada vaxt donub qalmışdı. Mən ömrümü antikvar əşyalara həsr etmişəm, amma heç vaxt bu qədər həyəcanlanmamışam. Pəncərəyə yaxın getmək istəmirdim, axı oradan müasir Paris görünəcəkdi. Mənzildə bir neçə saat 1930-cu illərdə yaşadım... Təsəvvür etdiklərimi rabitəsiz danışıram, çünki həyəcanımı sizə çatdıra bilmirəm”, - Olivye Şopin-Janvri bildirib.
Bir neçə rəsm və əşya çıxardılaraq yerə və masanın üstünə qoyulmuşdu. Mümkündür ki, Florian onları götürməyi planlaşdırırdı, lakin ola bilsin, yüklə gedə bilməyəcəyini düşünərək, fikrindən daşınıb.
Əl işi olan, o dövrün tualet masasında bir çox kosmetik qutu dururdu, saçlar üçün şotkalar, zəngli saat... Bütün bunlar toz və torla örtülmüşdü.
Mənzildə ən qiymətli əşya çəhrayı donlu xanımın təsviri əks olunan şəkil idi. Bu, mənzili tərk edən 23 yaşlı madam de Florianın nənəsi, mənzilin əvvəlki sahibəsi - Marta de Florianın şəkli idi.
Marta de Florian
1880-ci illərdə o, səhnədə ulduz olaraq parlayırdı, baş nazir və prezident də daxil olmaqla ən yüksək vəzifəli şəxslərin arasında pərəstişkarları var idi.
Covanni Boldini
Portret italyan rəssamı Covanni Boldininin fırçasının məhsulu idi. Mənzildə həmçinin rəssamın Marta de Florianın pərəstişkarı olduğunu sübut edən sevgi etiraflı məktubları tapılmışdı. Şəkil isə müasir hərracda 3.4 milyon dollara satıldı. Bu, sözügedən rəssamın ən bahalı əsəri oldu.
Florianların varis qohumları, sözsüz ki mirasdan razı qaldılar, amma onlar hələ də anlaya bilmirlər ki, nənə ölümünə qədər mənzil haqda sirri niyə açmırdı. //publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar