Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda toy karvanında "avtoşluq" - Yol polisi hərəkətə keçdi

Tarix: 28-07-2018 22:34     Baxış: 3239 A- / A+
 Bakıda toy karvanında "avtoşluq"

Dəflərlə xəbərdarlıq edilməsinə baxmayaraq toy karvanlarında hələ də qaydaları kobud pozan sürücülər var.

Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı qeydə alınmış yeni görüntüdə sürücü gah sağa, gah da sola doğru hərəkət edərək avtomobili iki təkər üstündə idarə etmək istəyir.

Görüntülər Bakıda, Nərimanov rayon Ziya Bünyadov prospektində bir toy karvanında çəkilib. Həmin şəxsin avtomobillə təhlükəli hərəkətlərini görən bir sürücü dərhal onu çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.

Kadrlardan aydın görünür ki, sürücü toy karvanında bəy- gəlin avtomobilindən öndə gedərək, "məharətini" göstərir. Amma onun bu hərəkəti digər nəqliyyat vasitələri üçün olduqca təhlükə yaradır.

Görüntüləri izləyən sürücülər, toy karvanlarında bu cür təhlükəli hərəkətlər edən şəxslərə qarşı cəzaların sərətləşdirilməsini təklif edirlər.

Belə məsələlərdə toy sahibləri də diqqətli olmalıdır.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, xüsusilə paytaxt ərazisində toy karvanlarında 4-5 avtomobil iştrak etməlidir və maşınlarda da orta yaşlı sürücülər olsa daha yaxşı olar.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, əgər həqiqətən də sürücünün əməlində qayda pozuntusu varsa, o, xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək məsuliyyətə cəlb ediləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar