Xəbər lenti
Kliniki ölüm keçirən şəxs danışdı: “İsa Peyğəmbər məni geri qaytardı”
ABŞ-da növbəti paranormal hadisə baş verib.
Manevr.az xəbər verir ki, iki dəfə kliniki ölüm keçirən Çarli adlı şəxs qəribə hadisələrdən danışıb.
O, iddia edib ki, bu kliniki ölümlər zamanı İsa Peyğəmbəri görüb və Tanrıya inanmayanların halına acıyır.
Çarli ilk dəfə gecə vaxtı kliniki ölüm keçirib. Onun ürəyində problem olub. Təcili tibbi yardım infarkt diaqnozu qoyub. Həkimlər iki dəfə onun ürəyi dayandığı üçün Çarlini kliniki ölüm vəziyyətindən çıxarıblar.
Çarli isə bildirir ki, o, ölüm zamanı səfərə çıxıb. Səfər vaxtı İsa Peyğəmbəri və mələkləri görüb:
“Mən öləndə səmaya ucaldım. Gördüklərimdən gözlərimi çəkə bilmirdim. Mələklər əllərimdən tutaraq məni aparırdılar. Onlardan biri sol, digəri sağ əlimdə idi. Çox böyük bir ağ divar, işıq gördüm. Mən bilirdim ki, buludların arxasındakı İsa Peyğəmbərdir və işıq ondan gəlir”.
Çarli bildirib ki, İsa ağ atın belində ona yaxınlaşıb və “hələ vaxtı deyil” deyib.
Bundan sonra isə Çarli yenidən öz bədəninə qayıdıb və ürəyi döyünməyə başlayıb. İkinci kliniki ölüm zamanı isə İsa Peyğəmbər
“Mən sənə deyirəm ki, sənin vaxtın hələ çatmayıb” deyib. /Ölkə.Az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar