Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tarixin ən qəddar cadugəri: Əkinləri qurudur, cinləri evlərə göndərirdi - NECƏ YEPİSKOP OLDU?

Tarix: 27-07-2018 01:14     Baxış: 2409 A- / A+
Tarixin ən qəddar cadugəri: Əkinləri qurudur, cinləri evlərə göndərirdi


Fala inanma, falsız da qalma. Elm və texnikanın ən sürətli dövründə yaşasaq da, hələ də falçıların xoş güzəranını təmin edənlər tapılır. Xüsusən də söhbət sevgidən gedirsə, aşiqlərin etməyəcəkləri heç nə yoxdur. Bəs dünyanın ən qəddar məşhur falçısının kim olduğunu bilirsiniz?

Publika.az xəbər verir ki, dünyanın ən qəddar falçısı Antioxiyalı Kiprian sayılır.

Kiprianın 7 yaşı olanda valideynləri onu Apollonun məbədində təhsil almağa yollayırlar. Məbəddə təhsilini tamamlayandan sonra Kiprian dünya səyahətinə çıxır. Dünyanın bir çox ölkələrində, xüsusən Hindistanda olur. Buradakı astroloqlardan bir sıra sirri mənimsəyir.

Tarixi mənbələr insansaq, Kiprian fırtına qopara, əkinçilərin məhsullarını quruda, ölüləri çağıra bilirmiş. Hətta bir çoxlarını zəhərləyib, gənc qızları və oğlanları tanrılara qurban verirmiş.

Bir dəfə falçı Kiprianın yanına Aqlaid adlı zəngin, ümidsiz gənc gəlir. İustina adlı sevdiyi qızın məhəbbətinə cavab vermədiyini bildirir. İustina xristian idi və özünü tanrıya həsr edib, monastıra getməyi düşünürdü. İustina qərarını nişanlısı Aqlaidə bildirəndə o çarəsiz qalıb, falçıdan kömək dilənir. Mənbələrə görə Kiprianın İustinanın başına gətirmədiyi bəla qalmır. Dəfələrlə yağış yağdırıb evini yarasız hala salır, qadın cildində cinlər göndərib ərə getməsi üçün inadla təkid etdirirdi. İustina Kiprianın cadularını anlayır və ona yenilmirdi. Sonda bütün şəhər Kiprianın caduları ilə əsl cəhənnəmə çevrilir. Şəhər sakinləri İustinanın evinə hücum çəkib, cadugəri bundan artıq hiddətləndirməməyi tələb edirlər. İustinanın duaları bu dəfə də köməyinə çatır. Nəhayət Kiprian da bəd əməllərindən əl çəkib xristianlığı qəbul edir, yepiskop olub kilsəyə çəkilir.

Hazırda xristianlar hər iki müqəddəsin ikonasına dua edir, məhəbbət rəmzi sayırlar.

Görürsünüzmü, qaranlıq keçmişini din pərdəsi ilə təmizləmək yalnız bizim din xadimlərinə məxsus cəhət deyil.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar