Xəbər lenti
Süpürgəçi qadını vuran həbs edildi- geniş müzakirələrə səbəb olmuşdu
Süpürgəçi qadını “KamAZ”la vurub öldürən sürücünün məhkəməsi başa çatıb. Dünyasını dəyişən süpürgəçinin və övladlarının fotosu uzun müddət sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusu idi.
Bakı Ağır Cinayətlər Məhkəməsində süpürgəçi qadını vurub öldürən “KamAZ” markalı avtomobilin sürücüsü Zaur Musayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən X.Musayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Zaur Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalındaca həbs edilib.
Xatırladaq ki, hadisə bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.
“KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hadisəni törədən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar