Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İqtisadiyyat Nazirliyi jurnalistləri mükafatlandırdı

Tarix: 24-07-2018 18:01     Baxış: 3203 A- / A+
 İqtisadiyyat Nazirliyi jurnalistləri mükafatlandırdı

İqtisadiyyat Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı KİV nümayəndələri arasında keçirdiyi müsabiqənin nəticələri açıqlanıb.

Nazirlik rəsmilərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov vurğulayıb ki, bu il yaranmasının 100-cü ildönümünü qeyd olunan və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 yaşasa da, milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin yaradıb. AXC dövründə milli ordu quruculuğu, maarif və mədəniyyət, xaricdə təhsil sahələrində, eləcə də ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm işlər görülüb.

 İqtisadiyyat Nazirliyi jurnalistləri mükafatlandırdı

Belə ki, o dövrdə neft sənayesi ağır vəziyyətdən çıxarılıb, bir çox infrastruktur layihələri reallaşdırılıb, milli pul nişanları tədavülə buraxılıb, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilib, Azərbaycan Dövlət Bankı yaradılıb və s. Qeyd olunub ki, AXC dövründə başlanılan, amma başa çatdırılmayan bir çox işlər XX əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası tərəfindən həyata keçirilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin hərtərəfli inkişaf modeli Azərbaycan Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. Dayanıqlı və davamlı inkişaf edən Azərbaycan dünyada etibarlı tərəfdaş, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, dünya miqyasında əhəmiyyətli tranzit mərkəzidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cümhuriyyətin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünki Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”. Niyazi Səfərov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini bu, dövlət başçısının tariximizə göstərdiyi böyük diqqətin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək, İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən müsabiqələrdə, eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda keçirilən müsabiqədə KİV-in fəal iştirak etdiyini bildirib, iştirakçıları təbrik edərək, müsabiqənin təşkilinə görə Nazirliyə təşəkkür edib.

Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlət başçısının ölkəmizdə medianın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, KİV-nümaəndələri arasında belə müsabiqələrin təşkilinin jurnalistlər arasında araşdırmaların aparılmasına marağın artırılmasında önəmini qeyd edib.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. XX əsrin əvvəllərində fəaliyyət göstərən demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşıb, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ ediblər.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi AXC dövrünün iqtisadiyyatına bir daha nəzərə salmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə KİV nümayəndələri arasında müsabiqə elan edib. Müsabiqəyə ümumilikdə 85 məqalə təqdim edilib. Bütün materiallar İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Qeyd edək ki, Modern.az-ın əməkdaşı Gülşən Raufqızı da qaliblər sırasında olub. Müsabiqənin digər iştirakçılarına da diplom və hədiyyələr verilib moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar