Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Müdafiə Nazirliyi Mingəçevir SES-lə bağlı bəyanat verdi

Tarix: 24-07-2018 16:22     Baxış: 3284 A- / A+
 Müdafiə Nazirliyi Mingəçevir SES-lə bağlı bəyanat verdi

"Ermənistanın ərazisində elə obyektlər var onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”."Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur”.

Bunu APA-nın sorğusuna cavab olaraq Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnatsakyanın "lazım gələrsə Mingəçevir SES-ə dərhal zərbə endiriləcəyi” barədə dediklərinə münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib.

Müdafiə Nazirliyi nəzərə çatdırıb ki, Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır: "Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir. Levon Mnakasyanın budəfəki absurd bəyanatına gəlincə, Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin təhlükəsizliyini tam təmin edir. Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki, onlara zərbə endirəcəyimiz təqdirdə, həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”. unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar