Xəbər lenti
Azərbaycanlı aparıcı: "Mənimlə bir gecə keçirməyə yarım milyon verirdi" - FOTOLAR
Nəzər Media.az aparıcı Humay Muxtarovanın ölkə.az saytına müsahibəsini təqdim edir:
- Humay xanım, hərdən nə düşünürsünüz?
- Hərdən gələcəyə dair planlarımdan, qazana biləcəyim uğurlar barəsində düşünürəm.
- Nəyi edə bilmədiniz?
- Bir neçə məsələ var ki, onlar hələ həll olunmayıb. O da ki, maddiyyatla bağlı olan məsələlərdir. İnşallah, onlar da həyata keçər.
- Bəlkə bir az danışasınız o arzulardan...
- Uşaqlıqdan mənim arzum olub ki, ucqar kəndlərin birində məscid tikdirim və kimsəsiz heyvanlara böyük bir sığnacaq açım.
- Heyvanları bu qədərmi sevirsiniz?
- Hədsiz dərcədə sevirəm.
- Insanları tanıdıqca, itlərə məhəbbətim artır. Bu fikirlə razısınızmı?
- Razıyam. İtə su, yemək verirsən, hər gün işə gedəndə gəlib qapıda dayanıb səni yola salır. Amma illərdir ki, qoynunda dostunu bəsləyirsən, dəstək olursan və o, sənə elə bir zərbə vurur ki, sən düşünürsən ki, axı niyə?!
- Yəni ki, "sən demə, qoynumda ilan bəsləmişəm" sözünü siz də demisiniz...
- Bəli, olub. O "soyuq müharibə" hələ də davam edir. Amma mən heç kimlə düşmənçilik saxlamıram. Belə insanları həmişə Allaha həvalə edirəm.
- Kiminlə "soyuq müharibə"dəsiniz?
- Uzun zamandır ki, bir xanımla rəfiqə idim. Dostluq etdik, amma o insanın mənə qarşı etdiklərini düşünəndə anlayıram ki, bu insan üç-dörd il ərzində mənə sevgi yox, nifrət bəsləyib. Ani bir qığılcımdan elə sözlər, elə hərəkətlər gördüm ki, şoka düşdüm. Mən indiyə qədər heç kimə qarşı kin saxlamamışam. Amma o xanımı qiyamətə qədər bağışlamayacağam.
- Nə demişdi sizin barənizdə?
- Nə deyə bilər ki? İnsan kiminsə haqqında danışmazdan qabaq öz keçmişinə baxmalıdır. Mənim övladıma sataşanı heç vaxt bağışlamaram. Uşağımı güddürüb, üzünə "kislata" tökmək istəyirdilər. 7 nəfər cinayətə cəlb olundu. Yaxşı ki, vaxtında hər şeyin üstü açıldı. Polisə müraciət etdim və bu təhlükənin qarşısı vaxtında alındı.
- Səbəb nə idi? Nə istəyirdilər sizdən?
- O mənə dedi ki, sən niyə qabağa gedirsən, mən yox?! Sırf qısqanclıq ucbatından mənə qarşı belə bir plan qurmuşdu.
- Başınızı başlara çoxmu qoşdunuz?
- Mənim ürəyim çox təmizdir. Əvvəl hamıya inanırdım. Ona görə də başım çox ağrıyıb. Amma indi elə deyiləm. Ətrafımda heç kim yoxdur. Sağ olsun menecerim Kəmalə xanım. O məni çox ayıltdı. Onu dediyi sözlər zamanla düz çıxır.
- Həyat yoldaşınızdan niyə ayrıldınız?
- Mənim həyat yoldaşım ərəbdir. O mənə Azərbaycandan heç vaxt getməyəcəyini demişdi. Lakin elə oldu ki, doqquz il orada yaşadım. Çox sıxılırdım. Mən anamı burada tək qoya biləməzdim. Evin tək uşağı olduğuma görə ona baxmalı idim.
- İndi münasibətiniz varmı onunla?
- Qızımın atasıdır. Qızıma necə lazımdırsa, baxır, onu təmin edir.
- Birinci evlilikdən sonra yenə ailə qurdunuz. O evlilik niyə alınmadı bəs?
- Biz ailə quranda o, mənə ailəsindən ayrıldığını demişdi. Lakin sonra məlum oldu ki, ayrılmayıb. Mən bilsəydim, onunla ailə qurmazdım. Biz onunla Kərbəla ziyarətinə də getdik. Hətta hicaba da keçmişdim. Amma iş o yerə çatdı ki, söz-söhbətə görə yoldaşı intihar həddinə gəldi. Mən də qərara gəldim ki, kənara çəkilim. Ondan sonra məni hicabımı açdığıma görə qınadılar. Mən buna məcbur idim. Çünki aparıcıyam, başqa yerdən gəlirim yoxdur.
- Üçüncü dəfə ailə quracaqsınızmı?
- Xeyr.
- Bəs indi sevdiyiniz insan varmı?
- Var. O, həmişə mənim yanımdadır, mənə dəstəkdir.
- O insan subaydırmı?
- Bəli, subaydır. İş adamıdır. Azərbaycanlıdır, lakin xarici ölkədə yaşayır. Biz ara-sıra onunla görüşürük.
- Son günlər etdiyiniz fotosessiyaya görə müzakirə mövzusu oldunuz. Əvvəlcədən bilirdinizmi belə qarşılanacağını?
- Bu təklif mənə qış ayından var idi. Mən demişdim ki, may ayında qəti cavab verəcəyəm. Onlar mənə yaxşı qonorar da təklif etmişdilər. Lakin tərəddüd edirdim. Bilirdim ki, bu fotosessiya söz-söhbətə səbəb olacaq. Lakin may ayında təklif olunan qonorarı artırdılar, mən də razılaşdım. Əslində mən bilirdim ki, qınaq obyektinə çevriləcəyəm. Amma bu qədərini gözləmirdim. Az qaldı ki, məni xalq düşməni elan etsinlər. Mənə bir italiyan brendindən təklif gəldi və dəyərləndirdim. Burada böyüdüləcək nə var? Onlar mənim simamı bəyənmişdilər. Hətta deyirdilər ki, çəkili olsaydınız, yenə də sizi çəkəcəkdik.
- Bədəninizə yönələn nəzərlər sizi narahat etmir ki?
- Düzünü desəm, o fotosessiyadan sonra instagramım "dağılır". Mənə elə adamlardan elə təkliflər gəlir ki, özüm məəttəl qalıram. Həm də gülməyim gəlir. Deyirəm, axı niyə bizim kişilər bir az açıq-saçıq geyinən qadın görən kimi belə olurlar?!
- Sizə olunan təkliflər intim təkliflərmi olur?
- Həm intim olur, həm də sevgi təklifləri. Amma mən onları qəbul etsəydim, bəzi xanımlar kimi altdan-altdan iş görərdim. Sadəcə olaraq, intim həyat qarşılığında mənə təklif olunan məbləğlərləri görəndə gülməyim gəlir. Bir tərəfdən deyirəm ki, ay Humay, sənin nə qədər dəyərin var imiş? Digər tərəfdən də düşünürəm ki, kişilər bir gecəlik həzzə görə nələrdən keçirlər...
- Bir gecə üçün sizə ən çox nə qədər təklif ediblər?
- Bir gecəmə yarım milyon verirdi. Başqa ölkədə yaşayan bir azərbaycanlı mənə bir gecə qarşılığında yarım milyonluq hədiyyə vəd edirdi.
- Özünüzə güvənirsinizmi?
- Bəli, həmişə özümə güvənmişəm. Özümə baxan insanam. Vaxtımın çoxu gəzməkdə, salonlarda keçir. Bu uşaqlıqdan məndə bir həvəsdir. Çünki anam da özünə baxan bir xanımdır. Həkimdir. Görünür ki, bu xasiyyət mənə ondan keçib (gülür).
- Ay ərzində öz gözəlliyinizə nə qədər "qurban" verirsiniz?
- Ay olub ki, 10-15 min xərcləmişəm. Ay olub ki, 30 min, ay olub ki, 3 min. O baxır mənim aylıq gəlirimə.
- Sizcə, sizi ən cazibədar göstərən bədəninizin hansı üzvüdür?
- Gözlərim.
- Bəs simadan aşağı düşsək?
- Elə 45 kiloqram çəkidə qalmağım (gülür).
- Olanlara təəssüflənirsinizmi?
- Bəli, mən çox tez qərar verənəm. Bəzən tələsib qərar verirəm, lakin sonradan peşman oluram
- Tələsib "təndir"ə düşmüsünüzmü?
- Düşməmişəm, amma etdiyim bəzi hərəkətlər mənə sonradan zərbələr vurub.
- Bəs nəyə gecikdiniz tələsməyə?
- Əvvəlki vaxtım olsa idi, qızımın atasından ayrılmazdım. Çünki onun mənə yaşatdığı həyatı heç bir kişi yaşada bilməz. Mənim yoldaşımın məndən başqa 3 yoldaşı var. O yüksək vəzifə sahibidir. Onunla dünyanın bütün ölkələrini gəzmişəm. Brendlər geyinmişəm. İndi o həyatdan çıxıb bu həyata düşməyim məni incidir.
- Dediniz ki, ananıza görə bura gəldiniz. Bəs ananızı oraya apara bilməzdiniz?
- Mənim anamın işi buradadır və o xəstəlikdən əziyyət çəkir. O, orada yaşaya bilməzdi. Hər şeyi anama qurban verdim.
- Yenidən barışmaq fikriniz varmı?
- Qızım atasının yeganə varisidir. 18 yaşı tamam olan kimi atası onu xaricdə oxutduracaq. O, necə lazımdırsa, onu təmin edir. Bir sözlə, qızımın mənim puluma ehtiyacı yoxdur (gülür).
- Həyat yoldaşınızın 3-cü xanımı olmağa necə razı oldunuz?
- Orada bir kişi maksimum 7 qadın ala bilər. İcazə verilir. Əsas kişinin razılığıdır. Məni gördü, bəyəndi, mən də razılıq verdim.
- Boğanızda ilişib qalan nədir?
- Mən özümlə gecələr çox danışıram. Çox şeylər boğazımda ilişib qalır, amma birtəhər uduram.
- Özünüzü ittiham edirsinizmi?
- Bəli, ən çox ailə məsələlərində və ziyarətə gedib başımı bağlayıb, sonra açmağım məni çox narahat edir.
- Yenidən örtünmək kimi bir niyyətiniz varmı?
- Mən örtülü geyimlərə öyrəşmişdim. Hətta Azərbaycana gələndə bir müddət qapalı geyinirdim. İnşallah ki, yenə də qismət olar. Çünki mən İmam Hüseyn aşiqiyəm. Çalışıram ki, yaxşılıqlar edim, Allah mənim günahlarımı bağışlasın.
- Çəkdirdiyiniz fotosessiyaya görə keçmiş həyat yoldaşınız bir söz dedimi?
- Biz ayrılmışıq, o mənim işimə qarışmır. Mən bu addımımda indi həyatımda olan insanla məsləhətləşdim və onun razılığını aldım. Başqasının fikri mənim üçün önəmli deyil.
- Bu işin davamı olacaqmı?
- Olacaq, bundan da betəri olacaq (gülür).
- Nəyə ad qoya bilmirsiniz?
- İnsanların bu qədər vəhşiləşməyinə ad qoya bilmirəm.
- Ova gedərkən ovlandınızmı?
- Mən heç vaxt tora düşmürəm. Allah özü məni qoruyur. Günlərin bir günü məni İsrailə toy məclisinə dəvət etmişdilər. Razılaşdım. Məndən başqa oraya iki tanınmamış müğənni də dəvət olunmuşdu. Uçuşuma az qalmış mən ora getməkdən imtina etdim. Qızlar getdilər. Onların başına orada oyun açmışdılar. Döyüb küçələrə salmışdılar. Sonra bir dəfə Şamaxıda avtomobil qəzasına düşdük. Mənim burnum da qanamadı. Deməli, az da olsa, Allahın nəzərində varam.
- Lazımi məqamda temperaturu aşağı sala bilirsinizmi?
- Sala bilirəm. Lazımı anda aranı sakitləşdirməyə qadirəm. Psixologiyanı çox gözəl bilirəm.
- Kimə sözünüz yoxdur?
- Məni və qızımı təhqir edənlərə sözüm yoxdur. Bilmirəm ki, onlar insandır, yoxsa şeytan.
- Ayağınızın yerdən kəsildiyi anlar olubmu?
- Olub. Gün olub ki, evdən çıxmağa 20 qəpik də tapmamışam. Heç kimə əyilməmişəm. Aparıb qızıllarımı satmışam.
- Həmin məqamda nə düşünürdünüz?
- Düşünürdüm ki, Allahın bir sınağıdır. Dözürdüm, səbr edirdim.
- İndiki gənc qızlarda bəyənmədiyiniz nədir?
- İndiki qızlar ailəyə kəm baxırlar. Yoldaşları ilə bir problem olan kimi analarının üstünə qaçırlar. Mən peşman olmuşam. Bir növ harınlamış kimi oldum. Qızlara sözüm odur ki, beş-on günlük münasibətlərə aldanmasınlar, öz bakirəliklərini satmasınlar. Ailəyə ailə kimi baxsınlar. Savadı olmayıb, yoldaşından boşanan və bunun nəticəsində pis yola düşənləri haradasa başa düşmək olar. Amma pula ehtiyacı olmadığı təqdirdə onunla-bununla görüşən qızları anlaya bilmirəm.
- Şəhvət qurbanı olmusunuzmu?
- Olmamışam. Mən her şeyi yataqda görmürəm. İnsan özünə sevgi və hörmət qazanmalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar