Xəbər lenti
Şəhidlərin ruhu o zaman şad olacaq – Millət vəkili

Millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Masallıda Aprel döyüşlərinin şəhidlərinin ailələrini ziyarət ediblər.
Güllütəpə kəndində şəhidimiz Firdovsi Bağırzadənin, Viləş (Kalinovka) kəndində şəhidimiz Nurlan Əsgərovun ailəsini ziyarət edən millət vəkili Q.Paşayeva şəhidlərimiz kimi, onların ana-ataları, ailə üzvlərinin də bizim üçün çox qiymətli olduğunu deyib.
Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əydiklərini bildirib. Ali Baş Komandan, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını qeyd edib:
“Biz hamımız, o cümlədən şəhid ailələri Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik. O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi. Hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz".



Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar