Xəbər lenti
Millət vəkili xanım jurnalistləri topladı – FOTO
Milli Mətbuat Günü münasibəti ilə keçirilən bayram tədbirində xanım jurnalistlər bir araya gəlib.
Manevr.az xəbər verir ki, tədbir “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva, “Regional huquqi və iqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova və “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdiyeva təşkilatçılığı ilə baş tutub.
Tanınmış jurnalistlərin qatıldığı tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva həmkarlarını Milli Mətbuat Günü münasibəti ilə təbrik edib:
“Özümü sizdən ayırmadığım üçün “bayramımız mübarək olsun” deyirəm. Arzu edirəm ki, jurnalistikamız daha da inkişaf eləsin! Uğurlarınız bol olsun. Siz mətbuatda böyük işlər görən xanımlarımızsınız. Media dördüncü hakimiyyətdir. Dördüncü hakimiyyət hər zaman öz yerində güclü olanda dövlət, cəmiyyət daha da inkişaf edir. Ona görə də hər zaman güclü olun! Ən əsası xoşbəxtliyiniz bol olsun! Qadın üçün jurnalist olmaq asan deyil. Peşəkar olmaq, uğurlar qazanmaq, uğurları davam etdirmək də asan deyil. Mən sizi çox yaxşı anlayıram. Çünki həyatımın xeyli hissəsi bu sahədə keçib”.
Daha sonra çıxış edən “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdiyeva da media nümayəndələrini təbrik edib:
“Sağlam baxış sağlam cəmiyyət deməkdir. Siz jurnalistlər cəmiyyətin güzgüsüsünüz. Cəmiyyətdə gedən prosesləri cəmiyyətə çatdırırsınız. Gözlərinizi qorumaq üçün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi iyulun 20-də saat 9:00-dan 15:00-dək müayinənizi təşkil edəcək. Hamınız dəvətlisiniz”.
“Regional huquqi və iqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova da jurnalistlərə təbriklərini çatdırıb, işlərində uğurlar arzu edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar