Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bütün qadın problemləri buradan qaynaqlanır - Dahi psixoloqun KƏŞFİ

Tarix: 17-07-2018 19:04     Baxış: 2220 A- / A+
Bütün qadın problemləri buradan qaynaqlanır


Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranr.

Rəfiqələr bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzkairə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər.

Publika.az oxucuları məşhur psixoloqun ailə münasibətləri və şəxsi problemlərin həlli ilə bağlı ən yaxşı məsləhətləri ilə tanış edib.

Xoşbəxtlik səndə gizlənib

Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl karyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz.

Qadınlara da seks lazımdır

“Qadınlara seks lazım deyil” fikri düz deyil, onların da kişilər qədər intim ehtiyacları var. Lakin bu hisslər qadınlarda nəvaziş və mehribanlıqla bağlıdır. Kişiləri ittiham etmək, onları heyvani və öz primitiv tələbatlarına görə günahlandırmaq əvəzinə təşəbbüsü öz əlinə almağa çalış. Qarşı tərəfə nə istədiyini və nələrdən xoşun gəldiyini de. Ola bilsin ki, siz bir-birinizi təəccübləndirə bildiniz.

Ürəkdən istə

Statistikaya sığınmaq alınmayacaq! Gender rəqəmlərində boşanmaq və yenidən nikaha daxil olmaq imkanı çoxdan tarazlaşdırılıb. Bəs niyə bəzi qadınlar heç bir dəfə də olsun ailə qura bilmir, digərləri isə bir neçə dəfə ərə gedir? Məsələ psixikadadır. Burada nə zahiri görkəm, nə də xarakter rol oyanmır. Hər bir insan xoşbəxt yaşaya bilər, sadəcə bunu ürəkdən istəkmək lazımdır.

Heç bir norma yoxdur

Əgər sənə tək yaxşıdırsa, qoy belə də olsun. Tənhalıq qorxusu 80 yaşdan sonra yaranmalıdır, ondan tez yox. Çünki təklik yalnız ölüm yatağında diskomfort verir. Sən gənc və güclüsən, təkliyi cəsarətlə təbii hal kimi qiymətləndir. Odur ki, yarın olmadığı üçün özünü kompleksə salmağa son ver!

Xoşbəxtlik = sabit psixoloji durum

“Harmoniya güzəştə getməkdədir” fikri əfsanədir. Güzəşt nə sənə, nə də sənin tərəf müqabilinə xoşbəxtlik gətirməyəcək. Ailədə rahat, sağlam ab-hava o zaman hökm sürəcək ki, siz ikiniz də münasibətlərinizdən razısınız. Normal münasibətlər yalnız o adamla qura bilər ki, onlar özünü və bir-birini sevirlər.

Münasibətləri qurmurlar

İşdən gələndə bir az dincəl. Ailə sənin ikinci işin deyil. Ona görə pul ödənilmir. Münasibətlər üzərində işləmək lazım deyil, çünki onlar ya var, ya da yoxdur. Yeganə şərt: Özünü olduğun kimi qəbul et. Eyni zamanda partniyonu dəyişdirməyə çalışma. Yenidən tərbiyə etmək, dəyişmək, düzəltmək lazım deyil. Əgər xoşuna gəlmirsə, başqasını tapmaq lazım gələcək.

Yekun

Ailədə harmoniyanın sirri çox sadədir. O qadında - səndə gizlənib. Sən həm müsbət, həm də mənfi emosiyaları çəkə bilərsən. Ətrafda yalnız yaxşını görməyi öyrənin, belə qərardan sonra həyatının necə dəyişdiyinə özün də təəccüb edəcəksən.

P.S Bu xəbəri rəfiqələrinlə də bölüş. Əminəm ki, onlar bu məqalədə özləri üçün çox faydalı məsləhətlər tapacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar