Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sarkisyanın evinin zirzəmisində işgəncələr verilirdi – ŞOK TƏFƏRRÜAT

Tarix: 17-07-2018 10:32     Baxış: 2288 A- / A+
Sarkisyanın evinin zirzəmisində işgəncələr verilirdi – ŞOK TƏFƏRRÜAT


Ermənistanın sabiq prezidenti Serj Sarkiyanın qardaşı oğlu Narek Sarkisyan adam oğurluğunda və insanlara işgəncə verməkdə ittiham olunur.

Publika.az-ın “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin məlumatında bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, hadisə 2017-ci ilin avqustunda baş verib. Paytaxt İrəvanda xarici turistlər üçün gecə klubunu açmaq istəyən 9 yaşlı kişi qurban olub.

“2017-ci ilin avqustun ortalarında Narek Sarkisyanın mühafizə rəisi Artyom Poqosyan həmin şəxsi söhbət etməyə çağırıb. Lakin yol kəsişmələrindən birində sahibkar oğurlanıb və güc tətbiq edilməklə Narek Sarkisyana məxsus evə aparılaraq, zirzəmisinə salınıb”, – polisin saytında dərc edilmiş xəbərdə deyilir.

İdarədən qeyd ediblər ki, sahibkar döyülüb və işgəncələrə məruz qalıb.

“Sarkisyan onu tapançayla hədələyib, qaz avadanlığı ilə yanıq xəsarətləri yetirib. Sonra kişini yük maşınlarının servisi üzrə mərkəzə (Sarkisyana aid olan – red.) gətirərək yenidən döyüblər və yalnız klub biznesiylə məşğul olmayacağı barədə söz verəndən sonra buraxıblar”, – mətbuat xidmətindən əlavə ediblər.

Cinayət axtarışı üzrə baş idarəsi hazırlanmış materialları Baş prokurorluğa göndərib.

Daha əvvəl Narek Sarkisyan silah və narkotiklərin saxlanılması, həmçinin dələduzluqda ittiham edilərək axtarışa verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar