Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Cərimələr iki qata çatdırıldı – DİQQƏTLİ OLUN!

Tarix: 17-07-2018 09:08     Baxış: 4338 A- / A+
Cərimələr iki qata çatdırıldı – DİQQƏTLİ OLUN!

Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə bir neçə dəyişiklik edilib. Nisbətən yüksək sürət rejimi (80 km/saat və artıq) olan yolları qaydalardan kənar yerlərdə keçən piyadalar üçün nəzərdə tutulmuş cərimənin məbləği artırılıb. Əvvəl bu qayda pozuntusuna görə 20 manat məbləğində cərimələnən piyadalar, qanun layihəsi prezident tərəfindən imzalandıqdan sonra 40 manat ödəməli olacaqlar.

“Avtostop” verilişinin aparıcısı, yol-nəqliyyat eksperti Tural Yusifovun Sputnik-ə deməsinə görə, cərimələrin məbləğini qaldırmaqla problemi həll etmək olmaz:

“Problemin kökü insanların qayda-qanundan xəbərsiz olmasındadır. Cəriməni artırmaqdansa, Dövlət Yol Polisi maarifləndirmə işləri aparmalıdır. Əks halda cəriməni 40 yox, 80 manat etsələr də, fərq etməyəcək. İnsanlar polisi görəndə qorxudan qayda pozmayacaqlar, polis olmayanda qayda pozmağa davam edəcəklər. İndi hər yerə polis qoya bilmərik, axı. Bir daha deyirəm, cəmiyyəti maarifləndirmək lazımdır, cərimə etmək yox”.

Mütəxəssislərin fikrincə, qanunda bir qədər qaranlıq məqamlar da var: “Məsələn, piyada sürət həddi çox olan yolun qanunla qadağan olunmuş hissəsindən keçdi və maşın onu vurdu. Nəticədə piyada öldüyü üçün artıq ona cərimə yazılmayacaq. Bu zaman sual yaranır ki, o piyadanı vuran sürücünü nə gözləyəcək? Bu sual açıq qalıb. Kaş ki, belə qaranlıq məqamlara da aydınlıq gətiriləydi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar