Xəbər lenti
Müəllimlər üçün MÜHÜM XƏBƏR
"Hazırda Azərbaycanda müəllimlər üçün 6 mindən artıq vakant yer müəyyən edilib. Vakant yerlərin 500-ə yaxını Bakı şəhəri üzrədir".
Manevr.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
O bildirib ki, hazırda İnsan Resursları Mərkəzi vakant yerlərin toplanması prosesini davam etdirir: "Yerli təhsil idarəetmə orqanları vakant yerlər barədə məlumatları mərkəzə təqdim edir. Proses davam etdiyi üçün yekun rəqəm demək çətindir. Vakansiyaların toplanması avqusta qədər davam edəcək. Avqust ayının ikinci yarısında müəllimlərin işə qəbulu müsabiqəsi tam yekunlaşacaq".
M.Camalzadə qeyd edib ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsahibənin test imtahanı mərhələsi başlanılıb: "İmtahanlar 13 gün davam edəcək, iyul ayının 31-i axırıncı test imtahanı günüdür. Bu gün daxil olmaqla növbəti üç gün ərzində ibtidai sinif müəllimlərinin imtahanı nəzərdə tutulub. Daha sonra digər fənn müəllimlərinin imtahanı nəzərdə tutulub".
Müdirin sözlərinə görə, ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50 697 nəfər qeydiyyatdan keçib: "Qeydiyyatdan keçənlərdən 46 839 namizəd elektron ərizəsini təsdiq edib. Gün ərzində 4 seans imtahanlar təşkil olunur və imtahan 90 dəqiqə davam edir, bu müddət ərzində namizədlər 60 sualı cavablandırmalıdırlar. Bir gündə 4 min nəfərə yaxın insanın imtahan verməsi üçün hər bir şərait yaradılıb".
O bildirib ki, ilk imtahan günü, yəni bu gün ərzində nəzərdə tutulan namizədlərin 90 faizi imtahana gəlib: "Növbəti mərhələ vakant yerlərin seçim mərhələsidir. Test imtahanından keçənlər növbəti mərhələdə iştirak edə biləcəklər".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar