Xəbər lenti
Rusiyada yaddaşını itirmiş azərbaycanlı yaxınlarını axtarır
Onu qatara Azərbaycanın Moskvadakı səfirliyinə getmək üçün oturdublar
Rusiyanın Moskva vilayətindən olan könüllülər Azərbaycanın Şəki rayonunun sakini olmuş Asim Məhərrəmov adlı yaşlı kişinin yaxınlarını axtarırlar. İstiPress-in məlumatına görə, Məhərrəmov Asim Qasım oğlu ilə Moskvadan olan könüllü bu ilin fevralında Samara-Moskva qatarında rastlaşıb. Məlum olub ki, 74 yaşlı Asimi qatara Azərbaycanın Moskvadakı səfirliyinə getmək və itmiş sənədlərini bərpa etmək üçün oturdublar. Ona qatara bilet almağa polislər kömək edib. Asim Məhərrəmov Samara vilayətinin Sızran şəhərində yaşayıb.
Moskvadan olan könüllü yaşlı azərbaycanlıya kömək etməyi qərara alıb. Onlar birlikdə Azərbaycanın Moskvadakı səfirliyinə gediblər. Lakin Asim yaddaşında yaranmış problemə görə özü barədə kifayət qədər informasiya verə blməyib. Ona görə də səfirlikdə yaşlı kişidən xahiş ediblər ki, şəxsiyyətini təsdiq edən hansısa sənədi tapıb təqdim eləsin. Hazırda Asim Moskva vilayətində yaşlılar üçün ödənişli pansionatda yaşayır. Fiziki baxımdan heydən düşmüş vəziyyətdədir.
Asim barədə əldə edilmiş informasiyalar bunlardır: 1944-cü il aprelin 20-də anadan olub. Valideyinləri Qasım və Əminədir. Qardaş və bacıları-Rasim, Talıb, Sədaqət, Salamat. Arvadının adı Səlimə. Oğlu Elsevər (məlum olan budur ki, Asim və keçmiş arvadı onu oğulluğa götürüblər) Ola bilsin Şəkidə qohumları yaşayır, oğlu Elsevərin Mingəçevirdə yaşadığı bildirilir. Təxminən 20 il əvvəl qazanc dalınca Sızrana gedib. İstisna deyil ki, Sızranda da kimsə bu şəxs haqqında nəsə bilir. Könüllülər xahiş edir ki, Asim barədə məlumatı olanlar bu telefon nömrəsi ilə əlaqə saxlasınlar: +7 963 759-13-33 (Whatsapp-ı var)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar