Xəbər lenti
Ərəstü Həbibbəyli kimdir? - DOSYE - FOTOLAR
Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub.
Manevr.az xəbər verir ki, millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğlu Ərəstü Həbibbəyli baş nazirin Katibliyinin rəisi təyin edilib.
Qeyd edək ki, Ərəstü İsa oğlu Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997-2001-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirib.
2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil alıb. 2006-cı ildə “Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib.
2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyir, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavinidir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.
Ərəstü Həbibbəyli 27 iyun 2013-cü ildə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib. Müəllifin xarici siyasətin aktual mövzularına dair Azərbaycanda və xaricdə 50-yə yaxın məqaləsi çap olunub. //metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar