Xəbər lenti
Ermənilər Kəlbəcərin Çərəkdar kəndində, çətinliklə də olsa, yaşayırlar...
25 ildən çoxdur ki, işğal altında qalan Kəlbəcər rayonunun Çərəkdar kəndinin son görüntüləri yayılıb.
Moderator.az həmin görüntüləri Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim edir. Görüntülər Xankəndindəki erməni telekanallarından biri tərəfindən 2017-ci ilin payızında çəkilib. Məlum olur ki, işğalçılar Azərbaycanın Çərəkdar kəndində az sayda və sosial-iqtisadi cəhətdən çətin şəraitdə yaşasalar da, evlərin çoxu bərbad vəziyyətdə olsa da, həyatlarını davam etdirirlər. Videoda bu dağ kəndində yeni evlərin də tikildiyi görünür.
Çərəkdar kəndi haqqında qısa məlumat:
Çərəkdar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənddir. Çərəkdar kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərərə rayonu inzibati ərazisinə aid idi. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çərəkdar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Çərəkdar kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ağdərə rayonunun ən son işğala məruz qalan azərbaycanlılar yaşayan kəndi Çərəkdar kəndi olub. 28 mart 1993-cü il tarixdə bu kənd də erməni-rus hərbi birləşmələrinin hücumuyla işğala məruz qalıb.
Çərəkdar dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Kolanı tayfasına mənsub ailələr Çərəkdar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəkdar "icarəçi" deməkdir. Gorunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilibmiş.
Yaylaqlar:
Buzluq yurdu, Əvəlikli yurd, Daşarası yurdu, Həmzəçimən yurd, Kərəmli dağı yurdu, Qalayçı yurd, Şaban yurdu, Ağbulaq yaylağı, Şikarın yurdu.
Bulaqlar:
Qəndi bulağı, Göy talanın bulağı, Novlu bulaq, Sarı bulaq, Şırşır bulaq, Aynanın bulağı, Zimzim bulağı, Turş su, Armudlu bulağı, Xeyrənsə bulağı, Civəli bulağı.
Məşhur yerlər:
Məhəl təpəsi, Göydağ, Talalar, Kolavat, Qaraqaya, Alçalı boynu, Gəvrişli dərə, Arpaçəpəri, Çınqıllıtəpə, Kilsəli, Dağın qılıncı, Atapəyəsi, Arıq Alının pəyə yeri, Uzuntala, Almalı, Həsən bəyin qozlusu, Qurumdərə, Keş kəndi, Güvəli, Xırmanlar, Edilxan yurdu, Hovuzun dərəsi, Ələsvurulan, Ağavurulan, Əvəzin qəbri, Maralyalayan daş, Təkəyatan qaya, Kollucəvə, Fıstıqlı gərdən, Armudluq, Xanpərinin yeri, Astanın yeri, Bağyeri, Heyvalı, Küptalası, Ayıvurulan, Taplar, Göyqum, Qozluq yeri.
Binələr-Qışlaqlar:
Seyidin binəsi, Xurşudlu binəsi, Məmməd bəyin binəsi, Alı bəyin binəsi, Həsən bəyin binəsi, Uzuntala binəsi, Kollucəvə binəsi.
İnşallah, Çərəkdarın da Azərbaycan əsgəri tərəfindən azad olduğu günü görəcəyik!..
Sultan Laçın
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar