Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ətraf mühitə dəymiş ziyana görə 1,3 mln. manatlıq iddia qaldırıldı

Tarix: 10-07-2018 09:46     Baxış: 4216 A- / A+
Ətraf mühitə dəymiş ziyana görə 1,3 mln. manatlıq iddia qaldırıldı

Bu ilin 16-30 iyun tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 203 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 57 iş üzrə 53000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 1276078,6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 169 iş üzrə 29257,95 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına 13, məhkəmələrə 8 iş göndərilib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar