Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Verilişə alt paltarsız çıxdığı üçün tənqid edilən Könül İNTİHARA CƏHD ETDİ

Tarix: 07-07-2018 14:21     Baxış: 4272 A- / A+
Verilişə alt paltarsız çıxdığı üçün tənqid edilən Könül İNTİHARA CƏHD ETDİ

Aparıcı-aktrisa Könül Yusif qızı son zamanlar artan intihar hadisələrinə səssiz qalmayıb.

Könül canına qıymaq istəyən insanlara səslənib.

Aparıcı çılğın başla intihar qərarı verən şəxslərə şəxsi həyatından maraqlı bir faktı misal çəkib:

"İllər öncə incəsənətə, səhnəyə ailə övladını, illah da qız övladını buraxmazdı. İndi adiləşib - Ata, ya ana özü qızının əlindən tutub, gətirir ki, oxumaq öyrədin. Əvvəl belə deyil, çox böyük söz-söhbətə səbəb olardı. Yadımdadır, İncəsənət Universitetinin I kursunda idim. Aztv-də dəyərli, çox istədiyim aktyorumuz Çingiz Əhmədov və Rəhman Rəhmanovla yumoristik səhnəyə çəkilmişdik. Çingiz bəyin katibəsini oynayırdım. Qısa "yubka"da. Evdə televizoru söndürdüm ki, anam görməsin.. Anam görmədi, amma bütün nəsil gördü. Qırğınlar düşdü. Atasız qız televizorda qısa "yubka"da katibə oynasın, vay-vay-vay, dəhşət. Nəsildə "məmə deyəndən pəpə deyənə" gəlib, dava-dalaş edirdi. Amma heç kim demirdi ki, ay bala, otur evdə, biz baxaq sənə, anana. Heç olmasa qonorar verirdilər axı çəkilişlərə. Bu müsibət bir neçə ay davam etdi və 2 dəfə intihara cəhd etdim, Ölmədim. Hər ikisində təcili yardım xilas etdi. Amma o gün bir söz verdim. Mən sevdiyim sənətlə məşğul olacam, aktrisa teleaparıcı...

İllər keçdi, ailəmdə çoxunun çox işinə yaradım, xeyirinə-şərinə, bəzilərinə çox şeydə dəstək oldum. O vaxt qısa "yubka"da aktrisa kimi çəkildiyim üçün müharibə idisə, indi çəkildiyim açıq-saçıq obrazlarla, söylədiyim kəskin çılpaq fikirlərlə qəbul edirlər. Bəli, bizim cəmiyyət belədir... Bir zamanlar intihara sürükləyənlərin işinə yarasan, əziz xələf olursan. Odur ki, arzu ona çatmaq üçündür.

İntihar düşünməyin, arzunuza çatın. Heç kim arzularınızdan imtina etdiyinizə görə "sağ ol" deməyəcək".

Qeyd edək ki, Könül atdığı addımlarlarla ən çox tənqidə məruz qalan məşhurlardandır. Aparıcının sonuncu dəfə aparıcısı olduğu verilişlərdən birinin efirinə alt-paltarsız çıxması böyük müzakirələrə səbəb olmuşdu.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar