Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda tramvay xətləri bərpa oluna bilər

Tarix: 07-07-2018 09:30     Baxış: 3184 A- / A+
Bakıda tramvay xətləri bərpa oluna bilər


Fransanın "Alstom” dəmiryol nəqliyyatı şirkəti Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfinin qərarını gözləyir.

Manevr.az xəbər verir ki, bunu trend-ə müsahibəsində şirkətin Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Bernard Pell deyib.

B.Pell bildirib ki, bir neçə il əvvəl Bakıda tramvay xətlərinin bərpa olunması ilə bağlı təklif irəli sürüblər:

"Lakin paytaxtda Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar planları və tramvay xəttinin profilini dəyişməli olduq”.

Direktorun sözlərinə görə, layihə Bakı Olimpiya Stadionundan "Port Baku”ya kimi, oradan isə Bayraq meydanınadək tramvay xəttinin çəkilməsini nəzərdə tutur.

B.Pell əlavə edib ki, yeni tramvaylar nəqliyyat vasitəsi kimi bir çox üstünlüyə malikdir:

"Yeni tramvaylar ekoloji cəhətdən təmizdir və zərərli tullantılar buraxmır. Tramvaylar demək olar ki, əhalisi 200 mindən çox olan bütün Avropa şəhərlərində var. Bir sözlə onlar çox səmərəli işləyir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar