Xəbər lenti
Elmar Vəliyevin qardaşı danışdı: “İnsanlar buna sevinir…” – ŞOK AÇIQLAMA (Foto)

“Söz tapmıram danışmağa, Elmara güllə atanı “milli qəhrəman” elədilər. Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”.
Manevr.az bildirir ki, bu sözləri gununsesi.info-ya eksklüziv açıqlamasında sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev olaya münasibətində bildirib.

Saytımıza açıqlamasında Şahmar Vəliyev baş verən bu cinayətlə bağlı medianın yanaşmasından narazılığını ifadə edib: “Bu insanları düşündürməli olan bir hadisədir. Çünki, dövlətin məmuruna güllə atılıb. Amma bəzi “ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.
Qardaşının durumu ilə bağlı danışan Şahmar Vəliyev onun səhhətinin düzəldiyini deyir: “Yaxşıdır, düzəlir. Hər hansı bir təhlükə yoxdur”.
“Elmar Vəliyevin qardaşı kimi olayın hansı səbəbdən baş verdiyini bilirsinizmi”sualına Şahmar Vəliyev “heç nə bilmirəm” deyə cavab verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar