Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Dünən suyu belə alıblar - 45 dərəcə istidə susuz qalanlar...

Tarix: 05-07-2018 09:34     Baxış: 4243 A- / A+
Dünən suyu belə alıblar - 45 dərəcə istidə susuz qalanlar...

“Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarının birində baş vermiş qəza ilə bağlı bir neçə gündür ki, Bakıda suyu verilməsində fasilələr yaranıb. Bəzi rayonlarda isə 4 gündür su tamamilə kəsilib.

Dünən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mediaya açıqlamasında sabahdan (bu gündən) əhalinin fasiləsiz su ilə təmin olunacağını bildirmişdi.

Ötən axşam prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə “Azərsu” sədri Qorxmaz Hüseynov qeyd edib ki, suyun mənbələrdən verilişi tam bərpa edilib:
"Şəhərin 92-93 faizinə su veririk. Anbarlarda ehtiyatımız 45-50 faizdir. Sabah səhər saatlarında tam rejimə çıxacağıq".

"Qafqazinfo"ya müraciət edən sakinlər hələ də Bakının bir sıra rayonlarında problemin həll edilmədiyini vurğulayıblar.

Sosial şəbəkələrdə isə Günəşli qəsəbəsində sakinlərin maşınlardan su aldığını əks etdirən şəkil paylaşılıb. Foto geniş müzakirələrə səbəb olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar