Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Windows-da silinməyən virus aşkarlanıb

Tarix: 05-07-2018 07:59     Baxış: 2205 A- / A+
Windows-da silinməyən virus aşkarlanıb


Bütün dünya istifadəçilərinin kompüterlərində "All-Radio 4.27 Portable" adlı ləğv edilməyən zərərli proqram aşkarlanmağa başlayıb.

Manevr.azICTnews-a istinadən bildirir ki, virus "Windows" əməliyyat sistemli kompüterlərə qarşı yönəlib. İstifadəçilər zərərli proqramı silməyə çalışsalar da, onun ləğvetmə mexanizmini müəyyənləşdirə bilməyiblər.

Məlumata görə, Rusiya istehsalı olan "All-Radio 4.27 Portable" proqramı rəsmən musiqi dinləməyə və televiziya verilişlərinə baxmağa imkan verən pulsuz universal pleyerdir. Naməlum hakerlər onu saxtalaşdıraraq yoluxdurulmuş proqram təminatını orijinal kimi təqdim ediblər.

"BleepingComputer" şirkətinin ekspertləri qeyd edib ki, əksər istifadəçilər virusun "Microsoft" məhsullarının bir sıra aktivləşdirici proqramlarını yüklədikdən sonra əmələ gəlməsini bildirib. Onlar analiz apararaq müəyyənləşdiriblər ki, "açarlar" adı altında qurbanlara yoluxdurmaya səbəb olan "aimp" reklam paketi göndərilib. Mümkün infeksiyalar arasında mayner və spamerlər, müxtəlif troyanlar, eləcə də yoluxdurmanı gizlədən rutkitlər ola bilər.

Proqram təminatının xarakterinə görə virusu yaradan hakerlər bu yoluxdurma sxemi üzərində biznes qurmağa hazırlaşırlar. Ekspertlər aktivləşdirici proqramların cinayətkarlar tərəfindən mümkün yoluxdurulması səbəbindən onlardan istifadə etməməyi tövsiyə edirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar