Xəbər lenti
Gənclərin işsizlik səbəbi araşdırılır
Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Bakı şəhərinin Binəqədi, Nəsimi və Yasamal rayonlarında gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi” layihəsinə yekun vurulub.
İctimai Birliyin sədri Niyaməddin Orduxanlı bildirib ki, layihə Bakı şəhərinin 3 rayonunu - Binəqədi, Nəsimi və Yasamal - əhatə edib.
“400-dən artıq gəncin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi ilə bağlı layihəmiz icra olunur. Təşkilatımızın əsas işi hazırda işsiz olan gənclərin işsiz qalmasının, onların iş tapa bilməməsinin səbəblərini araşdırmaq, peşə və ixtisas seçimində düzgün istiqamətləndimək idi. Hazırladığımız sorğunu hər rayonda yaşı 18-29 yaş qrupunda 100 gənc cavablandırdı. Yəni, layihəyə əsasən, 3 rayonda, hər rayonda da 100 gənclə sorğu apardıq. Bununla yanaşı, biz bir təşkilat olaraq, ölkədə gənclərin məşğulluğu ilə əlaqədər qurumların, habelə Gənclər və İdman Nazirliyinin də qəbul etdiyi prioritet proqramların mövcudluğunu və gənclərin məşğulluq problemləri ilə bağlı ekspertlər, işsiz gənclər, işəgötürənlər, müvafiq dövlət qurumlarının müxtəlif yanaşmaların olduğunu xüsusi vurğulayırıq. Bu qurumlar gənclərin işsizlik probleminin yaranma səbəblərini müxtəlif şəkildə qiymətləndirirlər. Azərbaycan Respublikasının gənclərə yönəlik uğurlu siyasət aparmasından da bəhs edirik. Xeyli sayda gəncin yeni iş yerlərinə dövlət tərəfindən cəlb olunduğu faktlarının da şahidi oluruq”, - Orduxanlı bildirib.
Onun sözlərinə görə, gənclərin işsizlik probleminin yaranma səbəblərini ümumiləşdirib aşağıdakı qənaətə gəlmək olur:
“Gənclərin ixtisas bilikləri, digər bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğun olmaması, informasiyaya çıxışlarının zəif olması, işsizlərin seçimi və karyera məsələsinə münasibəti, gender problemləri və mental faktorlar və təhsil səviyyəsinin aşağı olması”.
Niyaməddin Orduxanlı onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layhilərə dəstək verməsi çox müsbət addımdır:
"Çox yaxşı haldır ki, Dövlət Dəstəyi Şurası bu cür sosial layihələrə dəstək verir və özü də maraqlı olur ki, bu cür vacib layhilər icra olunsun”. /axar.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar