Xəbər lenti
Bakıda tələbələr ayağa qalxdı: Nazir işə qarışdı
2 iyulda Azərbaycan Tibb Universitetinin 5 tələbəsi səhiyyə naziri ilə görüşəcək.
Manevr.az AzEdu.az-a istinadən xəbər verir ki, saat 10:00 radələrində baş tutacağı ehtimal olunan görüşdə tələbələr rezidentura üçün ayrılmış plan yerlərin artırılması ilə bağlı danışıqlar aparacaqlar.
Buna səbəb Tibb Universitetinin təxminən 70 tələbəsi 29 iyun tarixində Səhiyyə Nazirliyinin binası qarşısında toplaşması olub. Onlar rezidenturaya plan yerlərinin qəfildən azalmasına etirazlarını bildirərək verilən qərarın yenidən gözdən keçirilərək ləğvini tələb ediblər. Tələbələrin qarşısına çıxan Səhiyyə Nazirliyinin nümayəndəsi Səfayə Əhmədova və aparıcı məsləhətçi Təranə xanım onları danışmağa dəvət edib.
Tələbələrə bildirilib ki, rezidenturaya qəbul dövlətin həkim mütəxəssisə ehtiyacı və sifarişlərinə görə təyin olunur:
“Bu, Tibb Universitetinin təşəbbüsü və qərarı deyil. Rezidentiranı bitirdikdən sonra həkimlər işlə təmin olunmalıdır. Əgər iş yeri bu qədərdirsə, çox plan yeri ayırmaq mümkün deyil”.
Tələbələr isə o halda niyə bakalavra qəbul imtahanında tibbi ixtisaslar üzrə yüzlərlə plan yerinin ayrıldığını bildiriblər.
Qeyd edək ki, bu il rezidentura mərhələsinə plan yerlərinin sayı 37% azaldılıb. Ötən il müalicə işi fakültəsi üçün 400-dən artıq plan yeri olduğu halda bu il cəmi 263 yer ayrılıb. Stomatologiya fakültəsi tələbələrinin dediyinə görə, keçən il plan yerlərinin sayını 21-dən 11-ə, bu il isə daha da azaldaraq 5-ə endiriblər. 9 milyon əhalisi olan ölkə üçün cəmi 5 stomatoloq yeri ayırılıb. Bu, universiteti həm bu, həm də əvvəlki illərdə bitirən məzunların böyük əksəriyyətinin kənarda qalmasına gətirib çıxarır. Üstəlik, rezidentura mərhələsinə plan yerlərinin imtahanlar keçirildikdən və tələbələr imtahan üçün ödəniş etdikdən sonra açıqlanması da birmənalı qarşılanmayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar