Xəbər lenti
Xəstəxanada olan aparıcının müalicəsində problem yarandı: “Səni məhv edəcəyəm”

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramovanın müalicəsində problem yaranıb.
Manevr.az axşam.az-a istinadən bildirir ki, bu barədə hazırda xəstəxanada olan aparıcı özü məlumat verib.
O bildirib ki, müalicə müddətində orqanizmində dərmanlara qarşı allergiya yaranıb:
“Müalicənin əla getdiyi dövrdə dərmanlara qarşı allergiya əmələ gəldi. Sən mənimlə nə oyun oynayırsansa oyna, mən Allahın köməyilə sənə belə gülə-gülə qalib gələcəm. İnşallah mən səni məhv edəcəm, sən məni yox!”
Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, müalicəsini Bakıda davam etdirir.
Zülfiyyə Bayramova tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar