Xəbər lenti
“Bakıdakı kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır” — Millət vəkili

Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva AŞPA sessiyasında “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni dövriyyəsi” adlı məruzənin müzakirəsi zamanı bildirib.
Deputat deyib ki, Ermənistandan fərqli olaraq, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir:
“İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər”.
Milli Məclisin deputatı mədəni irsin qorunması istiqamətində UNESCO-nun roluna da toxunub.
Bildirib ki, mədəniyyətin qloballaşdığı dövrdə hər bir xalqın mədəniyyətinə xas olan məqamlar və milli kimlik qorunub saxlanmalıdır:
“Xalqlar bir-birinin mədəniyyətinə qarşılıqlı şəkildə hörmətlə yanaşmalıdırlar. Mədəni irs dağıntılardan, vandalizm aktlarından qorunmalıdır. Milli və mədəni irsin qorunması, ilk növbədə, onun mənsub olduğu xalqın əlində olsa da, eyni zamanda, beynəlxalq birlik və təşkilatlar da bu məsələyə xüsusi diqqət verməlidirlər".ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar