Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əbdül Mahmudbəyov: "Rejissor aktrisanı soyundurub, uzandırır"

Tarix: 30-06-2018 10:51     Baxış: 4248 A- / A+
Əbdül Mahmudbəyov: "Rejissor aktrisanı soyundurub, uzandırır"


Tanınmış rejissor Əbdül Mahmudbəyov 18+ anonsu ilə yayımlanan filmləri tənqid atəşinə tutub.

Manevr.az yenicag.az-a açıqlama verən rejissor belə filmlərin çəkilməsi üçün peşəkarlıq tələb olunduğunu bildirib:

"Söz vermişəm ki, bu barədə danışmayacam, amma bəzən susmaq olmur. Hətta bu yaxınlarda tənqid etdiyim aktyorlar mənə cavab da qaytardılar. Onların nəzərinə çatdırıram ki, erotik film adı ilə çəkdikləri sənət əsəri deyil. Erotik film çəkmək üçün peşəkarlıq tələb olunur. Filmin bədii keyfiyyəti bunu tələb etməlidir. Yoxsa ki, rejissor aktrisanı soyundurub, uzandırır, adını da qoyur erotika. Bu erotika deyil e, biabırçılıqdır. Bizdə bunu biabırçı formada təqdim edirlər. Hətta yaxın zamanlarda belə filmlər baş alıb gedirdi. Yaxşı ki, ağsaqqallar, sənətkarlar etiraz etdi, bu filmləri yığışdırdılar. Belə filmlər üçün məxsusi rejissorlar, aktyorlar, aktrisalar olmalıdır. Azərbaycan mentalitetində belə ənənə yoxdur ki, aktrisa soyunub, açıq-saçıq səhnələrə çəkilsin. Kişi aktyorlar utanır belə kadrlara çəkilməyə, o ki qaldı aktrisalar ola. Mən özüm də vaxtilə "Gecə qatarında qətl" filmini çəkəndə orada erotik kadrlara yer vermişdim. Bu kadrlara çəkilmək üçün Odessadan aktrisa dəvət etdim. Orada əsas məqamı bədii keyfiyyətə yönəltdiyim üçün heç kim demədi ki, bu filmdə erotikadan istifadə olunub".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar