Xəbər lenti
Baş nazir hökumətin yeni strukturunu təqdim etdi - Üç nazirlik ləğv olundu

Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin yeni strukturunu təqdim edib.
Gürcüstan hökumətində 10 nazirlik və 1 dövlət naziri aparatı olacaq.
Yeni struktura əsasən Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Təhsil və Elm Nazirliyinə, Cəzaların İcrası və Probasiya Nazirliyi Ədliyyə Nazirliyinə birləşdirilir. Qaçqınların İşi və Yerləşdirilməsi üzrə Nazirlik ləğv olunaraq səlahiyyətləri 3 dövlət qurumu arasında bölüşdürüləcək. Dini Məsələlər üzrə Dövlət Agentliyi isə Barış və Vətəndaş Bərabərliyi üzrə dövlət nazirinin aparatına birləşdiriləcək.
Qeyd edək ki, M. Baxtadzenin başçılıq etdiyi və 14 nazirlikdən ibarət müvəqqəti hökumət iyunun 20-dən fəaliyyət göstərir. Hökumətin yeni strukturu bu yaxınlarda etimad göstərilməsi üçün parlamentə təqdim olunacaq.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar