Xəbər lenti
Xəstəxanaya at gətirmək ucuz reklamdır
İnsanların müalicə olunduğu yerə atın gətirilməsi tibbi qaydara ziddir.
Bunu açıqlamasında professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, tibb müəssisəsində insanların sağlamlığı üçün gigiyenik qaydara riayət olunmalıdır:
“Həmin yerə atın gətirilməsi düzgün deyil. Burada gigiyena məsələsi var. Ora veterinar klinika deyil ki, istənilən vaxt hər hansı bir heyvan xəstələrin müalicə aldığı yerə gətirilsin”.
Adil Qeybulla qeyd edib ki, həkimlər bu cür hərəkətlərə yol verməklə özlərini ucuz reklam etməməlidirlər:
“Təəssüflər olsun ki, bu gün ölkəmizdə həkimlər, klinika rəhbərləri bu cür ucuz reklamlara qaçırlar.
Televiziya ekranlarında da, şou xarakterli verilişlərdə də həkimlər özlərini ucuz reklamlarla gündəmə gətirirlər. Təbii ki, bunların hamısı madiyyata görədir. Amma reklam üçün başqa yollar tapmaq olar.
İnsanların sağlamlığına təhlükə yaradan reklamları etmək düzgün deyil. Bu, tibbi qaydara zidd hərəkətdir”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynovun müalicə aldığı xəstəxana palatasına at gətirilib. Məsələ sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar