Xəbər lenti
Uşaq bağçasında RƏZALƏT
Uşaq bağçasında daha bir körpə şiddətə məruz qalıb.
Hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib. Sosial şəbəkədə şiddətə məruz qalan körpənin fotoları paylaşılıb.
Bağçada Gülnarə adlı müəllimənin Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basdığı bildirilir. Uşağının bu halını görən valideyn buna etirazını bildirdikdə müəllimə “uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”.
Valideyin uşağı ekspertizadan keçirib. Məlum olub ki, uşağın üzündəki yara 2-ci dərəcəli yanıqdır və dəmir alətlə yandırılıb.
Gəncə Şəhər İcra Hakimiyyəti 31 saylı bağcada şiddətə məruz qalan körpə ilə bağlı məsələyə aydınlıq gətirib.
Qurum rəsmisinin aznews.az-a verdiyi məlumata görə, məsələdə adı hallanan müəllimə işdən kənarlaşdırılıb:
İyunun 21-də 31 saylı körpələr evində Əliyev Hüseyn Cəmil oğlu İsmayılova Sara Hüseyn qızını dişləyib. Tibb bacısı dərhal yardım göstərib. Daha sonra uşaq xəstəxanaya aparılıb və orada da tibbi yardım göstərilib. Vəziyyəti yaxşı olduğu üçün uşaq evə buraxılıb. Bu olayla bağlı tərbiyəçi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar-dayə Zeynalova Solmaz Hüseyn qızı işdən kənarlaşdırılıb. Bağçanın direktoru İsmayılova Günay Malik qızına isə şiddətli töhmət verilib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar