Xəbər lenti
Avtovağzalda MÜHÜM YENİLİK
Bakı Beynəlxalq Avtovağzal Kompleksində tezliklə yeni “Nəqliyyat Qovşağı" istifadəyə veriləcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, təlabata yeni avtostansiyalar təşkil ediləcək.
“Bunun üçün şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzinin yaradılması, vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi, həmçinin tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili nəzərdə tutulub”.
Xidmətdən bildirilib ki, bununla yanaşı yeni qovşaq yaradılandan sonra nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması planlaşdırılır.
“Heç bir yerüstü piyada zolağından (zebra) istifadə edilməməsi, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi, Lökbatan dairəsinə daxil olmaq üçün avtonəqliyyat vasitələrinin Biləcəri dairəsinə daxil olmasının qarşısının alınaraq, birbaşa Lökbatan dairəsinə girişin təmin edilməsi və Biləcəri dairəsindəki sıxlığın aradan qaldırılması nəzərdə tutulur”.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar