Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ev alan jurnalistlərin qeydiyyat sənədləri niyə gecikir? - AÇIQLAMA

Tarix: 19-06-2018 18:08     Baxış: 4402 A- / A+
Ev alan jurnalistlərin qeydiyyat sənədləri niyə gecikir?

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli ötən il dövlət başçısının sərəncamı ilə mənzil almış jurnalistlərə qeydiyyat sənədlərinin verilməsi prosesinin yubanmasının səbəblərini açıqlayıb.
Manevr.az-ın xəbərinə görə, V.Səfərli "Ölkə.Az”a açıqlamasında deyib ki, ötən ilin yayında jurnalistlərin istifadəsinə verilən binanın dövlət aktı olmalıdır:

"Bunun üçün də bütün sənədləri Bakı şəhər İcra Hakimiyyətinə təqdim etmişik. Hələ ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı olmadığı üçün bu sənədlərin verilməsi yubanır. Gözləyirik ki, icra başçısı təyin ediləndən sonra bu məsələ ilə bağlı müvafiq qərar verilsin. Bundan sonra isə bütün sənədlər hissə-hissə mənzil alan jurnalistlərə təqdim olunacaq. Bunun üçün müəyyən zaman lazımdır. Biz binanın dövlət aktını alan kimi, sakinlərə də sürətini təqdim edəcəyik ki, gedib qeydiyyata düşsünlər”.

V.Səfərli sözügedən sənədlərinin yubanmasına əsas səbəb kimi Bakı şəhər İcra Hakimiyyətinin başçısının təyin edilməməsini göstərib:
"Bakı şəhər İcra Hakimiyyətinin başçısı bununla bağlı müvafiq sərəncam verməlidir. Ancaq hazırda başçı yoxdur. Ona görə də sənədləri təqdim edə bilmirik”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar