Xəbər lenti
“Fərizə özünə qəsd edib, ŞƏHİD SAYILA BİLMƏZ”- Psixoloqdan efirdə qalmaqallı sözlər
“Space” telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan “Onda başladıq” verilişində psixoloq Könül Cəfərova gözlənilməz fikirlər səsləndirib.
Manevr.az-ın məlumatına görə, hüquqşünas Türkel Süleymanlının Milli Qəhrəman Mübariz İbrahimovla 20 yanvar hadisələrində şəhid olmuş İlham və Fərizəni müqayisə etməsi psixoloq tərəfindən etirazla qarşılanıb:
“İlham və Fərizə əsl Leyli və Məcnundur. Biz Mübariz İbrahimovu və İlhamla Fərizəni real qəhrəmanlarımız kimi təbliğ edə bilərik. Fərizə Şəhidlər Xiyabanında güllə dəymədən ölən yeganə şəhidimizdir”.
Hüquqşünasın bu fikirlərinə qarşılıq verən psixoloq Fərizəni şəhid saymadığını söyləyib:
“Özünə qəsd etmək şəhidlik zirvəsi demək deyil ki. İnsan sevgisini içidə qoruyub saxlayaraq da yaşaya bilər. Mübariz İbrahimovla İlham və Fərizə başqa mövzulardır. Biz nəyi təbliğ edirik. Kiminsə həyat yoldaşı şəhid olursa, o da intihar etməli deyil ki”.
Verilişin aparcısı Kamran Həsənli isə Fərizəni sevgi şəhidi adlandırıb:
“Onun həm vətəninə, həm də həyat yoldaşına böyük sevgisi olub”./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar