Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə intellektual yarış keçirilib

Tarix: 17-06-2018 21:12     Baxış: 2365 A- / A+
Mingəçevirdə intellektual yarış keçirilib


Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsi və Mingəçevir Regional Asan Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Regional Asan Xidmət Mərkəzləri arasında 15 iyun “Milli Qurtuluş Günü”nə həsr edilən Nə? Harda? Nə zaman? formatında intellektual yarış keçirilib.
Yarışda Mingəçevir Regional Asan Xidmət Mərkəzi ilə yanaşı, Gəncə, Qəbələ və Bərdə Asan Xidmət Mərkəzləri də öz biliklərini sınayıb. İlk əvvəl komandalar hər qrupda 6 komanda olmaqla iki qrupa bölünüb. Hər seçim turunda isə komandalara 15 sual səsləndirilib. İki mərhələnin sonunda ən yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Finalda isə Mingəçeviri təmsil edən gənclər digər rəqiblərini üstələyib. Belə ki, Revolver komandası daha çox suala düzgün cavab verərək, yarışın qalibi olub. Həmçinin Mingəçevirin digər komandası Demokratlar 2-ci, Light city komandası isə 3-cü yeri tutub. Gələcəkdə Mingəçevir Asan Xidmət və Gənclər Evi arasında fərqli layihələrin keçirilməsi nəzərdə tutulub.

Ləman Bəylərova


Manevr.az


Mingəçevirdə intellektual yarış keçirilib
Mingəçevirdə intellektual yarış keçirilib
Mingəçevirdə intellektual yarış keçirilib
Mingəçevirdə intellektual yarış keçirilib

Mingəçevirdə intellektual yarış keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar