Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

17 azərbaycanlı Stavropoldan qovuldu - 5 il...

Tarix: 15-06-2018 22:50     Baxış: 2386 A- / A+
17 azərbaycanlı Stavropoldan qovuldu - 5 il...


Şamaxının daha bir kəndində torpaq sürüşməsi baş verib, sel suları əhaliyə ziyan vurub.

Şamaxının Zaradxeybəri kəndində baş verən sürüşmə nəticəsində yaşayış məntəqəsinin əsas yolu üzərindəki avtomobil körpüsü dağılıb, əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Kənd sakinləri Balaşirin Ağayev, Röyal Kərimov, Xatəm Eyvazov, Seyidəzim Rəhimov, Səyahət Əsgərov APA-nın yerli bürosuna bildirib ki, son bir ay ərzində intensiv yağan yağışlar nəticəsində dağlardan gələn sel suları Zaradxeybəri kəndində fəsadlar törədib. Kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus əkin sahələri suyun altında qalıb. Eyni zamanda yağışlardan sonra kəndin əsas avtomobil yolunda torpaq sürüşməsi baş verib. Rayon mərkəzindən 40 kilometr şimalda yerləşən və Şamaxı ən ucqar dağ kəndi olan Zaradxeybəri kəndinin avtomobil yolunun 3 hissəsində baş verən torpaq sürüşməsi nəticəsində iri yarğanlar əmələ gəlib. Bəzi yerlərdə yarğanların dərinliyi 2 metrə çatır. Elə bu səbəbdən kəndə gediş-gəliş tamamilə məhdudlaşıb.

Rayon mərkəzinə getmək istəyən kənd sakinlərinin avtomobilləri sürüşmə ərazisində palçığa bataraq yolda qalıb. Kəndin çıxışında batıb qalan avtomobillər sakinlər tərəfindən çıxarılıb. Avtomobilin içində olan sərnişinlər 9 kilometr yolu piyada getmək məcburiyyətində qalıblar. Sürüşmə nəticəsində kəndin girişində olan avtomobil körpüsü də uçub. Körpünün su ötürücü boruları qırılıb. Hər iki tərəfdən kəndin yolu bağlanıb. Kəndə gəlmək istəyən qonaqlar və kənd sakinləri saatlarla yolda gözləməli olublar Kənd sakinlərinin sözlərinə görə hər il belə güclü leysan yağışları yağanda kəndin yolu bağlanır və nəticədə günlərlə rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilir. Kənd sakinləri tərəfindən Şamaxı rayonun icra hakimiyyətinə məlumat verilib. İcra hakimiyyəti tərəfindən kəndə ağır texnikalar və canlı qüvvə göndərilib, körpünün bərpasına başlanılıb.

17 azərbaycanlı Stavropoldan qovuldu - 5 il...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar