Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Xəstələnəndə əziyyət çəkirlər” – Bölgələrdə həkim çatışmazlığı

Tarix: 15-06-2018 18:33     Baxış: 4287 A- / A+
“Xəstələnəndə əziyyət çəkirlər” – Bölgələrdə həkim çatışmazlığı
Bölgə xəstəxanalarından bildirilir ki, yaranan tələbatın səbəbi ixtisaslı kadrların bölgələrdə işləməyə maraq göstərməməsidir.
Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, Kürdəmirdə 68, Ağsuda 56, Zərdabda 60, Ağdamda 130, Göyçayda 40-dan artıq ixtisaslı həkimə ehtiyac var.
Şəhla Baxışova – Kürdəmir MRX-nın kadrlar şöbəsinin müdiri: “Dəfələrlə məşğulluq mərkəzinə, elm, kadr, təhsil şöbəsinə müraciət etməyimizə baxmayaraq yenə də təzə universiteti bitirən tələbələr kəndlərə bölgələrə müraciət etmirlər”.
İxtisaslı kadrların azlığı xəstəxanalara müraciət edən pasiyentlərin müraciətlərinə də lazımi səviyyədə baxmaq imkanlarını məhdudlaşdırır.
İsmayıl Şirinov – Ağsu Mərkəzi Rayon Xəstəxanasının həkimi: “Bu gün bir kabinetə 50-60 nəfər müraciət edir və tək həkimində bunu tam yerinə yetirməsi çətinlik yaradır. Ona görə də gənc kadrların gəlməsinə son dərəcə ehtiyac var. Kadrların azlığı üzündən biz əhaliyə tam tibbi xidməti göstərə bilmirik”.
Həkim çatışmazlığı kəndlərdə daha çox hiss olunur. Məsələn, Kürdəmirin kəndlərindəki 13 həkim məntəqəsindən yalnız 5-də ixtisaslı kadr çalışır. Sakinlər bildirir ki, kənddə həkim olmadığından rayon mərkəzinə üz tutmaq məcburiyyəti ilə üzləşirlər. Bu isə əlavə xərcdir.

Dilarə Nəsirova – Sakin: “Məncə, gəlib orada işləsələr, xalqımıza kömək eləmiş olarlar. Hər hansı həkimə ehtiyac olanda öz tibb məntəqələrinə gedələr. Bir də rayona, şəhərə getməyə ehtiyac olmasın”.

Kamal Musayev – Sakin: “Kəndimiz rayonun böyük kəndlərindən biridir. Camaat xəstələnəndə böyük əziyyət çəkirlər. Rayon mərkəzinə axışmalı olurlar. Kəndimizin xəstəxanası da var. Yaxşı olar ki, həkim göndərilsin və camaat bu qədər əziyyət çəkməsin”.

Bölgələrdə lor, travmatoloq, reanimotoloq, həkim-onkoloq, həkim-ginekoloq və digər sahələr üzrə həkimlərə tələbat daha çoxdur. Həkimlər və sakinlər hesab edir ki, yaranan vəziyyətdən çıxış yolu gənc kadrların bölgələrdə çalışmasına maraq yaratmaq üçün həvəsləndirici tədbirlərin həyata keçirilməsidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar