Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu çılpaq qadına istədiyinizi edə bilərsiniz - Foto

Tarix: 14-06-2018 15:46     Baxış: 2372 A- / A+
Bu çılpaq qadına istədiyinizi edə bilərsiniz


“Mən anlaya bilmirəm, mərhəmətdən və dünyaya sülhdən dəm vuran Avropa insanı bir anda necə vəhşi məxluqa çevrilə bilər?!”


Bu sözlər dünyaca məşhur performans sənətçisi, rəssam Marina Abromoviçə aiddir. O, bu sözləri sosial eksperiment mahiyyəti daşıyan “Ritm 0” adlı layihəsinin acı nəticələri haqqında danışarkən demişdi.

Rəssam qadın bu layihədə cəmiyyətin müxtəlif təbəqəsindən olan insanların toplaşdığı bir zalda bir neçə saat hərəkətsiz dayanır. Zala toplaşmış insanlara qadınla istədikləri kimi rəftar etməyə icazə verilir. Qadının qarşısındakı masaya isə odlu silah, qayçı, zəncir, eyni zamanda, çiçək, şokoladlı kökə və başqa müxtəlif əşyalar qoyulur.

Əvvəlcə insanlar qadına gözəl hisslərlə yanaşırlar, çiçək verən kim, şokolad yedizdirən kim. Qadının heç bir reaksiya verməməsi, hərəkətsiz, tam müdafiəsiz dayanmağa davam etməsi insanların davranışlarında ciddi dəyişikliyə səbəb olur.

Belə ki, qəfil bu müdafiəsiz qadına qarşı vəhşiləşirlər. Boyun hissəsini cızıb qanını içən kim, üzünə şillə vuran kim... Masadan qayçını götürüb paltarlarını kəsirlər. Qarşılarındakı çılpaq qadına qarşı daha da amansızlaşırlar. Hətta odlu silahı qadının sinəsinə dayayıb atəş açmaq istəyən də tapılır. Ancaq mühafizəçilər insanların daha da vəhşiləşməsinə imkan vermir.

Təcrübənin sonunda rəssam qadının bütün bədənində insan vəhşiliyinin izləri görünür.

Bu sosial təcrübənin ən önəmli məqamı bir insanın tam müdafiəsiz qaldığı an ətrafdakıların heç bir dəyər, sərhəd tanımadan azğınlaşması idi.

Marina Abromoviç öz təcrübəsi haqda danışarkən mədəni Avropa insanına heyrətləndiyini demişdi. Onun heyrəti 30 yaşlarında olan müdafiəsiz bir qadına qarşı vəhşiliyə idi və bu təcrübə qadının saçlarını ağartmışdı.

Görəsən, bizim cəmiyyətdə, Şərq cəmiyyətində yaşasaydı, bir bağça tərbiyəçisinin 3-4 yaşlı uşağa qarşı zorakılığına dözə biləcəkdimi? Əlbəttə, yox, heç saçları ağarmağa macal tapmamış ya infarkt keçirib öləcəkdi, ya da gözləri qarşısında baş verən bu uşaq terroruna canı bahasına mane olacaqdı.

Bəs biz bu hadisəni necə qarşıladıq?

Ən kəskin reaksiyamız qadının psixoloji vəziyyətinin yerində olmamasını düşünmək oldu. Çünki Şərq insanı üçün uşaq döymək nadir rast gəlinən hadisə deyil.

Uşaq bağçasında tərbiyəçi işləyən o qadının etdikləri cinayətdir. Ancaq insanlarımız arasında bir sosial sorğu keçirsək, görəsən, neçə adam uşaq döyməyin cinayət olduğunu düşünəcək?

Demək olar, yaşadığımız cəmiyyətdə ailələrin 80 faizi uşaqlarını döyərək tərbiyə etmək yolunu üstün tutur. O qədər ki, uşaqları bağçaya, məktəbə yola salanda müəllimlərə bərk-bərk tapşırırlar : “Əti sənin, sümüyü mənim”.

Elə bu tərbiyə sistemində yetişən uşaqlardır ki, indi böyüyüb bağçalarda tərbiyəçi, məktəblərdə müəllim, direktor işləyirlər. Nəticə isə göz qabağındadır, az qala, hər gün bir məktəblinin döyülməsi faktı aşkarlanır.

Əziz valideynlər, “Əti sənin, sümüyü mənim” deyərək məsuliyyəti boynunuzdan atmayın, dünyaya gətirdiyiniz uşaqlara sahib çıxın. Unutmayın ki, əgər siz özünüz uşaqlarınızı döyürsünüzsə, uşaqları əmanət etdiyiniz bağçalar, məktəblər göyün yeddinci qatından enməyib, elə oradakılar da sizinlə eyni tərbiyə üsulundan nəsibini almış adamlardır.

Sevgi verin övladlarınıza, sevgi öyrədin. Daha sizlərdən keçib, elə bizlərdən də, bəlkə indinin uşaqları sevgiylə böyüyüb, arzuladığımız mədəni cəmiyyəti yarada bildilər...

Bu çılpaq qadına istədiyinizi edə bilərsiniz


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar