Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Pensiya və əmək haqları artacaqmı? – Millət vəkili

Tarix: 14-06-2018 14:09     Baxış: 4476 A- / A+
Pensiya və əmək haqları artacaqmı?


Əgər dövlət büdcəsindən 10 faiz əlavə maaş artıbsa, bununla bağlı sənəd büdcəyə daxil olmalıdır.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a “2018-ci il dövlət büdcəsi haqqında”qanun layihəsi ilə bağlı danışarkən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

“Bildiyiniz kimi, cənab prezident martın 1-dən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarını 10 faiz artırıb. Dövlət büdcəsindəki dəyişiklik bununla əlaqədar idi. Bu isə dövlət büdcəsində öz əksini tapmamışdı”, - deputat bildirib.

Millət vəkili 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsində xərclərdən əlavə nəzərdə tutulan vəsaitin pensiya və əmək haqlarına təsir edib-etməyəcəyinə də aydınlıq gətirib:

“2018-ci ilin dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulub. Bunun pensiya və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artımına şamil olunacağı ilə bağlı suala ancaq büdcəni təsdiq etdikdən sonra konkret cavab vermək olar”.

Qeyd edək ki, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün 384 milyon manatla yanaşı, xərclərdən əlavə 128 milyon manat vəsait də nəzərdə tutulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar