Xəbər lenti
Sabahdan Ramazan tətili başlayır

Beş gün iş yoxdur
Bu gün həftənin son iş günüdür. Qarşıdakı 5 gündə Azərbaycan ərazisində qeyri-iş günləri olacaq. İstiPress-in məlumatına görə, müsəlman dünyası, o cümlədən Azərbaycanda iyunun 15-16-da müqəddəs Ramazan bayramı qeyd ediləcək.
Lakin bu il Azərbaycanda Ramazan bayramı və Qurtuluş günü üst-üstə düşür. İki bayramla əlaqədar olaraq ölkə ərazisində ardıcıl 5 gün iş olmayacaq.
Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, iyunun 16-sı isə da şənbə gününə təsadüf etdiyindən növbətinin həftənin iki günü qeyri-iş günü elan edilib.
Belə ki, iyunun 15-i (Qurtuluş günü və Ramazan bayramı), 16-sı (Ramazan bayramı - şənbə), 17-si (bazar günü), 18-i, 19-u (əvəzedici günlər) qeyri-iş günləridir. İş həftəsi ayın 20-dən başlayır.
İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür və həmin gün də qeyri-iş günü hesab edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar