Xəbər lenti
Gələcəyi gözləyən İQ təhlükəsi - İnsanlar get-gedə axmaqlaşır
Norveçli elm adamları insanların intellektual istedadlarının azalmağa başladığını təsbit edib.
Publika.az xəbər verir ki, alimlərin apardığı İQ test araşdırmaları insanların zəka səviyyəsinin aşağı düşdüyünü üzə çıxarıb.
“Medical Xpress” portalının xəbərinə görə, norveçli mütəxəssislər 1970-2009-cu illərdə hərbi xidmətə çağırılan insanların İQ testinin nəticələri üzərində araşdırma aparıb. Toplamda 730 000 testin nəticələri incələnib.
20-ci əsrin ilk yarısı boyunca müşahidə edilən İQ artımı “Flynn təsiri” adını alıb. Bu fenomeni açıqlamaq üçün bir neçə teoriya önə sürülüb. Teorik olaraq insanların “ağıllanmasına” təsir göstərən faktorlar arasında qidalanma, sağlamlıq və təhsilin yaxşılaşdırılması göstərilib.
Ancaq norveçli mütəxəssislərin son araşdırması bu təsirin tərsinə çevrildiyini ortaya qoyub.
Aparılan hesablamalara görə, zəka səviyyəsi ortalama bir nəsil başına 7 xal düşür. İQ-dəki geriləmənin qismən ətraf mühit faktorları ilə yanaşı, insanların yaşayış tərzindəki dəyişikliklərlə bağlı ola biləcəyi ehtimal olunur. Burada inkişaf edən texnologiyanın təsiri də istisna edilmir.
SSRİ-də aparılan bir araşdırmaya görə, insanların yalnız qalmasının İQ səviyyəsinə təsir etdiyini ortaya qoyub.
1967-ci ildə gerçəkləşdirilən və 1 il davam edən sınaqda 3 nəfər Biomedikal Problemlər Univeristetində 12 m3 sahəsi olan xüsusi bir otağa salınıb. Sınaqda yer alan şəxslər: fizik German Manovtsev, bioloq Andrey Boyko və mühəndis Aleksandr Ulıbışev olub. Dünyanın ilk izolyasiya sınağı olan bu sınağın məqsədi uzaq planetlərə səyahət etməyin çətinlikləri və kosmik şərtlərdə insanların həyatlarını necə davam etdirə biləcəklərini araşdırmaq olub.
Üç elm adamının olduğu məkan yalnız metaldan ibarət olub. Yanlarında isə sadəcə kosmonavtlar üçün nəzərdə tutulan qidalar olub. Su olaraq filtrlənmiş sidik içiblər. Real həyatla əlaqə isə sadəcə gündə 2 saat televiziya izləmək olub. Sınaq əsnasında məkanın oksigen səviyyəsi il ərzində gözlənilməyən zamanlarda 16% aşağı düşürülüb. Nəticədə qəribə faktlar üzə çıxıb. Elm adamlarının İQ səviyyəsi 25% azalıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar