Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Uşağı döyən tərbiyəçi SAXLANILDI

Tarix: 13-06-2018 12:16     Baxış: 3386 A- / A+
Uşağı döyən tərbiyəçi SAXLANILDI


Bakının Yasamal rayonundakı uşaq mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı cinayət işi başlanıb. Manevr.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından trend-ə verilən məlumata görə, faktla bağlı Yasamal rayon Polis İdarəsi araşdırmaya başlayıb.

Araşdırmaların nəticəsi olaraq idarədə fakta görə Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsilə cinayət işi başlanılıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva istintaqa cəlb edilib.

Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı videokadrlar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə apa-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar