Xəbər lenti
Bakıda həkim bu dəfə PİŞİYİ ÖLDÜRDÜ
4 il əvvəl Kiprdən baha qiymətə alınan “Britan” sortlu pişik Azərbaycandakı İran həkiminin yanlış müalicəsi səbəbindən ölüb.
Manevr.az xəbər verir ki, pişiyin sahibi çox sağlam olan pişiyinin ölümü ilə bağlı Azad İstehakçılar İctimai Birliyinə müraciət edərək, iranlı baytar Seyid İbrahim Şəratinin cəzalanmasını istəyir.
Şikayətçi bildirib ki, Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində yerləşən “AARC-Baku”(Azerbaijan Animal Resuce Center) klinikasında İran vətəndaşı olan baytar Seyid İbrahim Şərati tərəfindən 61 manata pişiyi müalicə olunub və ona peyvənd vurulub, qurd əlehinə dərman verilib. Lakin evə gələndən sonra pişiyin vəziyyəti pisləşib və yenidən klinikaya aparılıb.
Baytar pişiyin klinikada qalmasının vacibliyini bildirib və ailədən 105 manat tələb edib. Ödənişdən sonra gecə pişiyə nəzarət etmək üçün də əlavə 20 manat tələb edilib. Lakin ailə bildirib ki, gecə dəfələrlə zəng etməsinə baxmayaraq, zənglərə cavab verən olmayıb. Səhər isə baytar zəng edərək pişiyin vəziyyətinin pis olduğunu və öldüyünü bildirib.
Baş vermiş hadisə ilə bağlı ailə başqa baytarların da fikrini öyrənib və məlum olub ki, eyni gündə pişiyə həm peyvənd vurulması, həm də qurd əleyhinə dərman verilməsi yolverilməzdir, bu, istənilən heyvanın ölümünə səbəb ola bilir. Həmçinin baytarlar bildirib ki, 3 yaşlı pişiyə peyvənd vurulması düzgün deyil. Vurulsa belə, ona qurd dərmanı ən az bir həftədən sonra verilməli idi.
Uzun illər evdə saxlanılan və ailənin bir üzvü kimi olan pişiyin ölümündən ailə şikayətçidir.
Ailə bildirib ki, pişiyin ölməsinə səbəb olan klinikayla bağlı ciddi tədbir görülməli, həkim işdən çıxarılmalı və baytarlıq sertifikatı əlindən alınmalıdır./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar