Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın xarici kredit borcu artdı: 10 milyarda az qaldı

Tarix: 12-06-2018 16:26     Baxış: 2257 A- / A+
Azərbaycanın xarici kredit borcu artdı: 10 milyarda az qaldı


Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb.


Manevr.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 milyardd dollar təşkil edib.

Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22%-i qədər olmaqla adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir.

Cəlb edilmiş kreditlərin 46,5%-i sabit, 53,5%-i isə dəyişkən dərəcəli olub. Xarici dövlət borcunun 43,9%-i 10 ilə qədər müddətdə, 52,3%-i 10 ildən 20 ilə qədər müddətdə, 3,8%-i isə 20 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.

Bu ilin I rübündə imzalanmış kredit sazişləri üzrə 255,9 milyon dollar vəsait istifadə edilib.

Qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən, Azərbaycanın ümumi dövlət borcu 17 milard manat olub. Bu isə adambaşına 1718 manat 30 qəpik edir. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat vermişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar