Xəbər lenti
Dörd nəfərin yaşadığı ucqar rus kəndi: biri qarabağlıdır - Foto

Rusiyanın Voronej şəhərindən olan jurnalistlər eyni adlı vilayətin tamamilə boşalmış kəndinə gedib çıxıblar.
Musavat.com-un məlumatına görə, Liskinsk rayonunun Novaya Qran adlı bu kəndində cəmi 4 nəfər yaşayır. Amma onların heç biri bu kəndin yerli sakinləri deyil.
Araşdırmalar nəticəsində məlum olub ki, çoxdan boşaldılmış, yerli sakinlərin də çoxdan tərk etdiyi bu kənddə yaşayan 4 nəfərin hamısı gəlmədilər. Ən maraqlısı isə odur ki, həmin sakinlərdən biri azərbaycanlıdır.
Yerli jurnalistlərin yazdığına görə, Şaiq adlı 33 yaşlı gənc əslən Qarabağdandır. Kənddə maldarlıqla məşğuldur. Hazırda 50 baş iribuynuzlu mal-qarası var.
“Şəhərdə (Voroneji nəzərdə tutur) yerlilərim var. Heç birinə də qaynayıb-qarışmıram, burada sakitlikdir. Səsiz-küysüz yerdir. Bir sözlə, bu kənddə yaşamaq rahatdır" deyə, Şaiq müxbirlərə deyib.



Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar