Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev: "300 minə yaxın məcburi köçkün yeni mənzillərlə təmin olunub"

Tarix: 11-06-2018 18:59     Baxış: 3302 A- / A+
Rövşən Rzayev: "300 minə yaxın məcburi köçkün yeni mənzillərlə təmin olunub"

Dövlət Komitəsində Böyük Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəhbəri ilə görüş keçirilib.

İyunun 11-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəhbəri Rupert Eynli arasında görüş keçirilib.

Dövlət Komitəsinin sədri Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində öz doğma torpaqlarından didərgin düşən 1 milyondan çox məcburi köçkünün sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə qonağa ətraflı məlumat verib.Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən də bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində 300 minə yaxın məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Qeyd edilib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlərin öz evlərinə qayıtması ilə artıq respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış sakinlərinin doğma yurda qayıdışı başlayıb.Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamına əsasən, kənddə birinci mərhələdə 50 ev tikilib istifadəyə verilib. İkinci mərhələdə tikilən 100 yaşayış evindən 50-ə kəndin, respublikanın müxtəlif yerlərində məskunlaşmış sakinləri köçürülüb. Məcburi köçkünlərin Cocuq Mərcanlıya qayıdışı davam edir.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəbəri Rupert Eynli səmimi qəbula görə təşəkkürünü bildirib. Böyük Britaniya dövlətinin Azərbaycanla strateji əməkdaşlığın möhkəmləndirilməsinə mühüm əhəmiyyət verdiyini, ölkəsinin humanitar təşkilatlarının bundan sonra da Azərbaycanda məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar