Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 6 yaşlı uşaq metronu BİR- BİRİNƏ QATDI - Mənə tərbiyə verməyiblər

Tarix: 11-06-2018 12:30     Baxış: 3420 A- / A+
Bakıda 6 yaşlı uşaq metronu BİR- BİRİNƏ QATDI - Mənə tərbiyə verməyiblər


Ötən gün günorta saatlarında Bakının "Nizami" metro stansiyasında sərnişinlər qəribə hadisənin şahidi olublar.

Manevr.az-ın milli.az-a istinadən məlumatına görə, metroya düşən 6 yaşlı qız platformadakı sərnişinlərin diqqətini çəkib. Təkbaşına platformadakı oturacaqlardan birində əyləşib üzü "Həzi Aslanov" istiqamətində qatar gözləyən uşağa yaxınlaşan sərnişinlər gözlənilməz reaksiya ilə qarşılaşıblar.

Azyaşlı qız "Nə yığışmısınız bura, dağılışın" deyərək kənardakıların daha çox diqqətini çəkib.

Bu an gülən sərnişinlərdən birinə "Nə gülürsən ə..., bambılı" deyən uşağa digər şəxslər "Ayıbdır, adam özündən böyüyə elə deməz" söyləyib. Azyaşlının bu sözə verdiyi "Mənə tərbiyə verməyiblər" cavabı isə hər kəsi məəttəl qoyub.

Dərhal olaya metropoliten və polis əməkdaşları müdaxilə ediblər. 6 yaşlı uşaqdan hara getdiyini soruşublar. Uşaq "Anam, "Qara Qarayev"də marketdə işləyir. Məni gözləyir" cavabını verib. Azyaşlının əlində mobil telefonu görən polislər ondan valideyinlərinin nömrəsinə zəng etməyini istəyiblər. Polis əməkdaşlarının bu cəhdi uzun müddət nəticəsiz qalsa da, inadkar azyaşlını yola gətirmək mümkün olub. Atası olduğu deyilən şəxsə zəng edilib. Zəngə cavab verən şəxs uşağı anasının "Qarayev"də gözlədiyini, ona toxunmamaqlarını xahiş edib. Sonra polislər inadkar 6 yaşlı qızı sərnişinlərdən biri ilə sözügedən ünvana kimi yola salıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar